Bu şəhərdə açıq yerlərdə də siqaret çəkmək QADAĞANDIR:  240 avro cəriməsi var
01 yanvar 2025 18:09 (UTC +04:00)

Bu şəhərdə açıq yerlərdə də siqaret çəkmək QADAĞANDIR: 240 avro cəriməsi var

2025-ci il yanvarın 1-dən İtaliyanın Milan şəhərində açıq yerlərdə siqaret çəkməyi qadağan edən qayda qüvvəyə minib.

Lent.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Məlumata görə, bu gündən Milanda açıq yerlərdə siqaret çəkmək rəsmən qadağan edilib. Qadağa parklar, meydanlar, kafelər və səkilər kimi ictimai yerlərə şamil ediləcək.

Siqaret çəkmək istəyənlərə digər insanlardan ən azı 10 metr məsafədə olmalıdır. Onlara müəyyən təcrid olunmuş yerlərdə siqaret çəkməyə icazə veriləcək. Qadağaya əməl etməyənləri 40-240 avro arasında cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521
avatar

Oxşar yazılar