Slovakiya Hərbi Hava Qüvvələrinin inventarından çıxarılan MiQ-29 qırıcıları respublika Milli Şurasında (parlamentində) müzakirə aparılmadan Ukraynaya verilməyəcək.
Lent.az-ın məlumatına görə, bunu bazar günü Slovakiyanın müdafiə naziri Yaroslav Nad TA3 telekanalının “Siyasətdə” müzakirə proqramında deyib.
“Əgər biz MiQ-lərin Ukraynaya hansı şərtlərlə bağışlanacağına dair qərar qəbul etməkdən danışırıqsa, o zaman bunu ilk növbədə parlamentdə müzakirə edəcəyik”, - Naddeyib. O qeyd edib ki, məsələ aktuallaşanda ali qanunverici orqana təqdim olunacaq.
Nazir bildirib ki MiQ-29-ların mümkün transferi Slovakiyanın müdafiə qabiliyyətini zəiflətməyəcək. Bu qırıcılar milli hava qüvvələrinin inventarından çıxarılıb.