Cənubi Koreya prokurorluğu respublikanın əsas müxalifət partiyasının lideri Li Jae myunqu həbs etmək üçün icazə sorğusu göndərib.
Lent.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, ölkənin hüquq-mühafizə orqanları Demokrat Partiyasının rəhbərini rüşvətxorluqda şübhəli hesab ediblər.
Qeyd edildiyi kimi, Li Jae- yunq bir neçə şirkətdən Seonqnam Futbol Klubunun xeyrinə vəsait əldə etmək üçün təzyiq göstərməkdə ittiham olunur. Söhbət 13,3 milyard von (təxminən 10,3 milyon dollar) məbləğdən gedir. Vəsaitin müqabilində Demokrat Partiyasının rəhbəri firmalara “qanunsuz inzibati xidmətlər” vəd edib.
Li Jae-myunq, həmçinin Seonqnam şəhərinin meri kimi müxtəlif qanun pozuntularında və korrupsiyada şübhəli bilinir.
Ancaq demokratların lideri bütün ittihamlar üzrə təqsirli olduğunu inkar edir.