Hindistanda son 48 saat ərzində 6000-dən çox COVID-19-a yoluxma aşkar edilib.
Lent.az-ın xəbərinə görə, bu barədə “Times of Oman” ölkənin Səhiyyə və Ailələrə Dəstək Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, son iki gündə ölkədə 6095 koronavirusa yeni yoluxma faktı qeydə alınıb. Bu rəqəm Hindistanda 2023-cü ilin əvvəlindən müşahidə edilən orta göstəricilərdən on dəfə yüksəkdir.
Bunun fonunda Hindistanın Səhiyyə və Ailələrə Dəstək Nazirliyi vətəndaşları virus xəstəliyinin ilk əlamətlərində xəstəxanaya getməyə və evdə antibiotiklərlə müalicə olunmağa çalışmamağa çağırıb. Nazirlik həmçinin sosial məsafənin qorunması, maskalardan istifadə və əllərin tez-tez yuyulmasının vacibliyini xatırladıb.