Bu il Moskvada parada daha az hərbçi və texnika qatılacaq
30 aprel 2022 18:28 (UTC +04:00)

Bu il Moskvada parada daha az hərbçi və texnika qatılacaq

Bu il 9 May - Qələbə günü münasibəti ilə Moskvanın Qızıl meydanında keçiriləcək hərbi paradda daha az hərbçi və hərbi texnikalar iştirak edəcək.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə BBC Rusiya Müdafiə Nazirliyinin (MN) paradla bağlı cümə günü paylaşdığı rəqəmlərə istinadən məlumat yayıb.

Bildirilib ki, builki paradda həm hərbçilərin, həm də nümayiş olunan texnikaların sayı ötən illə müqayisədə daha az olacaq. Belə ki, bu il paradda ümumilikdə 129 hərbi texnika və 10 min hərbçi iştirak edəcək.

Ötən il isə paradda 191 hərbi texnika, 12 min hərbçi iştirak edib. Bu il paradda 77 aviasiya vasitəsinin iştirakı nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 1 ədəd çoxdur.

Məlumatda qeyd olunub ki, bu il keçiriləcək paradı izləmək üçün heç bir xarici ölkə lideri Moskvaya getməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35