Britaniya kraliçası və həyat yoldaşı COVID-19-a qarşı peyvənd olundular
10 yanvar 2021 03:04 (UTC +04:00)

Britaniya kraliçası və həyat yoldaşı COVID-19-a qarşı peyvənd olundular

Böyük Britaniya kraliçası II Elizabet və həyat yoldaşı Edinburq hersoqu Filip bu gün koronavirusa qarşı peyvənd olunublar.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, 94 yaşlı kraliça və 99 yaşlı Şahzadə Filip Vindzor sarayında ailə həkimləri tərəfindən peyvənd ediliblər.

Bu barədə Bukingem sarayının sözçüsü məlumat yayıb. Məlumatda qeyd edilib ki, kraliça hər hansı bir spekulyasiyanın qarşısının alınması üçün peyvənd olunduğunun bilinməsini istəyib.

Xatırladaq ki, bu gün Britaniyada koronavirusdan ölənlərin sayı 80 mini keçib. Son sutka ərzində ölkədə 59 937 nəfər koronavirusa yoluxub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1330

Oxşar yazılar