Rusiya astronomları Yerə yaxınlaşan asteroidin (2005 YY128) şəkillərini yerləşdiriblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, “UITP IPM”in elmi əməkdaşlıq mütəxəssisləri fevralın 16-da Yerə 24,6 km/ sürətlə hərəkət edərək 4,6 milyon km məsafəyə yaxınlaşacaq diametri 800 metr olan (2005 YY128) asteroidini müşayiət edirlər.
Şəkillərin təhlilindən istifadə edilərək, alimlər asteroidin dəqiq trayektoriyasını müəyyən edəcək və onun yaxın gələcəkdə Yer üçün təhlükə daşıyıb-daşımadığı qənaətinə gələcəklər. 4,6 milyon kilometr kifayət qədər təhlükəsiz məsafədir. Asteroid Yerdən Aya qədər olan məsafədən ən azı 12 dəfə böyük məsafədə Yerin yanından uçacaq.