“Taxıl sazişi” çərçivəsində Ukrayna limanlarından 6 milyon tondan çox taxıl daşınıb.
Lent.az-ın xəbərinə görə, bunu Yaponiyanın NHK televiziyasına müsahibəsində BMT-nin İstanbuldakı Xüsusi Koordinasiya mərkəzindəki koordinatoru Əmir Mahmud Abdulla bildirib.
Koordinator qeyd edib ki, 270-dən çox gəmi artıq 6 milyon tondan çox taxıl daşıyıb. Nəticədə dünya bazarında dənli bitkilər ucuzlaşıb.