Cenevrədə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının mənzil-qərargahında BMT nümayəndələri Ukraynanın mülki əhalisinə yardıma vəsait toplamaq üçün beynəlxalq ictimaiyyətə müraciət ediblər.
Lent.az-ın məlumatına görə, BMT ötən bir ildə müharibə zonalarında qalan, və ya evlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 11 milyon ukraynalıya yardım məqsədilə 5,6 milyard dollar vəsait toplamaq niyyətindədir.
BMT-nin fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits qeyd edib ki, Ukraynada humanitar yardıma ehtiyacı olan 18 milyon insan var.
Toplanan vəsait tibbi xidmət, qida, təhsil və maddi yardıma yönəldiləcək.