ABŞ-ın "Microsoft"korporasiyasının təsisçisi Bill Geytsin keçmiş həyat yoldaşı Melinda boşanma nəticəsində ümumi dəyəri 3 mlrd. dollardan çox olan bir sıra şirkətin səhmlərinə sahib çıxıb.
"APA-Economics"xəbər verir ki, bu barədə "Bloomberg"yazır.
Geyts tərəfindən təsis edilən "Cascade Investment"investisiya şirkəti digər bir strukturun səhmlərini də Melinda Geytsə verib. Nəticədə, boşanmadan sonra Melindanın əldə etdiyi məbləğ 3 mlrd. dollardan çox olub.
Tənzimləyici sənədlərə görə, "Cascade Investment"fondu dəyəri 851 mln. dollardan çox olan 2,25 mln. ədəd səhmi Melindaya verib.
Xatırladaq ki, Bill və Melinda boşanmalarını 4 may tarixində elan etmişdilər. Boşanma ilə bağlı məhkəməyə biznesmenin həyat yoldaşı müraciət edib.