Belarusda iki sərhədçi Ukrayna ilə sərhəddə patrul xidməti apararkən boğulub.
Lent.az xarici mediaya istinadən bildirir ki, fevralın 15-i səhər saatlarında sərhəddə çavuş və əsgər dolama yola çıxıb.
Dolama yolda Dnepr çayının üzərində çavuş buzun arasından yıxılıb. Əsgər onu xilas etməyə çalışsa da, o da yıxılıb. Hər iki hərbçi suda boğulub.