Baydenin səhhəti ilə bağlı AÇIQLAMA
17 fevral 2023 04:23 (UTC +04:00)

Baydenin səhhəti ilə bağlı AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden dağınıq skleroz və ya nevroloji xəstəliklərdən əziyyət çəkmir.

Lent.az xəbər verir ki, bu barədə Ağ Evin həkimi Kevin O'Konnor məlumat verib.

“İnsult, dağınıq skleroz, parkinson xəstəliyi əlamətləri yoxdur”, - deyə həkim bildirib.

Eyni zamanda o qeyd edib ki, Baydenin hər iki ayağında periferik neyropatiya var, ona görə də prezidentin yerişində dəyişiklikləri müşahidə etmək olar.

Bundan əlavə, dövlət başçısında bəzən qastroezofagial reflüks (Qida borusu selikli qişasının səthinin tamlığının pozulması, sfinkterin tonusdan düşməsi) əlamətləri müşahidə edilir.

O'Konnorun deyib ki, Bayden prezident kimi fəaliyyət göstərməyə qadirdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2178
avatar

Oxşar yazılar