ABŞ Prezidenti Co Bayden Kiyevə səfərdən sonra Polşaya gedib.
Lent.az xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb.
O, Pirzamisil şəhərindən təyyarə ilə Varşavaya uçacaq və paytaxt Varşavada ölkə lideri Anjey Duda ilə görüşəcək.
Öncə Bayden və Dudanın təkbətək görüşü olacaq, sonra isə mətbuat konfransı keçiriləcək. Liderlər ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin Ukraynaya dəstək üçün kollektiv səyləri müzakirə etməyi planlaşdırır.
Bu, Amerika prezidentinin Polşaya ikinci səfəridir.