Co BAyden və Vladimir Putin
09 noyabr 2021 02:14 (UTC +04:00)

Co BAyden və Vladimir Putin

Bayden Putinə verdiyi sözü tuduğunu dedi: "BUNU BU GÜN ETDİK!"

“İyun ayında prezident Putinlə görüşəndə ABŞ-ın kibercinayətkarları məsuliyyətə cəlb etmək üçün tədbirlər görəcəyini açıq şəkildə bildirdim. Biz bunu bu gün etdik”.

Lent.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden açıqlamasında bildirib.

Rusiyalı həmkarına beynəlxalq kibercinayətləri tutmaq vədini yerinə yetirdiyini deyən ABŞ lideri zərərli kiber fəaliyyətin və cinayətkarların qarşısını almaq üçün federal hökumətin bütün gücündən istifadə ediyini vurğulayıb. 

Baydenin açıqlaması ABŞ-ın Rusiya vətəndaşı Yevgeni Polyanskiyə və ukraynalı Yaroslav Vasinskiyə qarşı kiber fırıldaqçılıq ittihamı irəli sürdüyü məlum olduqdan sonra dərc edilib.

ABŞ prezidenti əlavə edib ki, bu istiqamətdə hələ çox görüləsi işlər var: “Lakin ABŞ kritik infrastrukturu gücləndirmək üçün mühüm addımlar atıb. Ağ Ev Administrasiyası amerikalıları və ABŞ maraqlarını kiber təhlükələrdən qorumaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3249
avatar

Rəsul SARI

Oxşar yazılar