ABŞ Prezidenti Co Bayden
10 sentyabr 2021 06:18 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden

Bayden imzaladığı YENİ PLANından danışdı: "Vaxt lazımdır..."

ABŞ Prezidenti Co Bayden ölkədə koronavirus infeksiyası ilə mübarizənin daha da gücləndirilməsi məqsədilə  peyvəndin genişləndirilməsini nəzərdə tutan yeni planı təsdiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə çıxışı zamanı deyib.

“Yeni plana görə, daha çox amerikalı peyvənd olunacaq. Bu plan, eyni zamanda, xalqın sağlamlığının qorunmasına maneə törədənlərlə mübarizə məqsədi daşıyır. Mənim planım testlərin artırılması, iqtisadiyyatımızı qorumaq və məktəblilərin daha təhlükəsiz olmasını da əhatə edir”, deyə Bayden əlavə edib. 

ABŞ Administrasiyasının rəhbəri qeyd edib ki, plan 6 istiqamətdə tədbirlərin həyata keçiriləcəyini nəzərdə tutur: “Bu tədbirlərin tam təsirli olması üçün vaxt lazımdır.

Sakit şəkildə məktəbə getməklə, şirkətlərdə işlərin davam etməsi ilə iqtisadiyyat da güclü olacaq”. 

# 852
avatar

Oxşar yazılar