ABŞ Prezidenti Co Bayden
30 iyul 2021 07:24 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden

Bayden: "Hazırda amerikalıların gücləndirici peyvənd dozasına ehtiyacı yoxdur"

ABŞ Prezidenti Co Bayden mütəxəssislərin gəldiyi qənaətə əsaslanaraq, amerikalıların yeni koronavirusa qarşı əlavə - gücləndirici dozaya ehtiyaclarının olmadığını bildirib.

APA xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə Vaşinqtonun pandemiya ilə mübarizədə atdığı yeni addımlarla bağlı etdiyi çıxışı zamanı deyib.

“Bilirəm ki, bir çoxlarınızın gücləndirici peyvənd dozasına ehtiyacınızın olub-olmadığını düşünürsünüz. Hazırda həkim məsləhətçilərim deyir ki, buna ehtiyac yoxdur”, prezident vurğulayıb.

Bayden əlavə edib ki, əgər elmi təcrübələr gücləndirici bir dozaya ehtiyac olduğunu ortaya qoyarsa, belə bir addım atılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1257
avatar

Oxşar yazılar