Almaniyanın Ştutqart şəhərinin mərkəzində, qatar stansiyasının yaxınlığında avtomobil insan izdihamına çırpılıb.
Lent.az xəbər verir ki, bu barədə şəhər polisindən məlumat verilib.
Polisin verdiyi məlumata görə hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən yaralılardan biri, 46 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
Hadisədə şübhəli bilinən qara rəngli “Mercedes” markalı avtomobilin sürücüsü saxlanılıb. Hadisənin qəza olub-olmadığı və ya sürücünün qəsdən hərəkət edib-etmədiyi hələlik məlum deyil.