Rusiyada münaqişə zamanı avtobus sürücüsü iki sərnişinə travmatik tapançadan atəş açıb.
Lent.az yerli KİV-ə istinadən bildirir ki, hadisə Sankt-Peterburq vilayətinin Qatçıno rayonunun Siverski şəhərində baş verib. İki sərnişin və bir avtobus sürücüsü gediş haqqı üstündə mübahisə edib. Bu zaman onlar əlbəyaxa olublar. Daha sonra avtobus sürücüsü özünə məxsus travmatik tapançadan sərnişinlərə bir neçə dəfə atəş açıb.
Hücum edənlərin tapançanı ələ keçirərək sürücüyə atəş açmağa müvəffəq olduğu qeyd edilir. Bundan sonra onlar “QAZ 3110” markalı sedanla qaçıblar. Milli Qvardiyanın əməkdaşları hücum edənlərin qaçdığı avtomobili aşkar ediblər. Daha sonra şübhəlilər həbs edilib. Üzündən və ayağından yaralanan avtobus sürücüsü və hadisəni törədənlər xəstəxanaya aparılıb.
Yaralı sərnişinlər ilkin tibbi yardım göstərildikdən sonra polis bölməsinə aparılıb.