Rusiyanın Udmurtiya Muxtar Respublikasında 12 yaşlı ögey oğluna bir neçə ay işgəncə verən ögey ata məhkəmə qarşısına çıxarılacaq.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, kişi bir neçə ay ərzində müntəzəm olaraq uşağı çəkic və linglə döyüb. Hadisədən sonra yerli sakin saxlanılıb və ona qarşı cinayət işi açılıb.
Qeyd olunur ki, ögey atanı 3 ildən 7 ilə qədər həbs gözləyir.