"Anadolu"nun əməkdaşı Qəzzada öldürüldü - ANBAAN GÖRÜNTÜ
10 yanvar 2025 23:21 (UTC +04:00)

"Anadolu"nun əməkdaşı Qəzzada öldürüldü - ANBAAN GÖRÜNTÜ

Türkiyənin “Anadolu Agentliyi”nin ştatdankənar 25 yaşlı operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb.

Lent.az “AA”ya istinadən xəbər verir ki, insident fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.

Agentliyin yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil yerə yıxıldığı görünür.

Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəkdə aparıldığı yerdə çəkiliş edirmiş.

Daha sonra İsrail hərbçiləri çoxlu jurnalistin olduğu düşərgəni mühasirəyə alıblar.

“Anadolu”nun bildirdiyinə görə, Əbu Nabhanın qəsdən vurulduğu güman edilir.

Fələstinin “WAFA” xəbər agentliyi də jurnalistin ölüm xəbərinə dair məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar