Rusiyanın Novosibirsk vilayətində məhkəmə 33 yaşlı qadın və onun 21 yaşlı sevgilisi barədə hökm çıxarıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, cütlük yeddi yaşlı uşağı döyərək öldürməkdə təqsirli bilinir.
Qadın 14 il müddətinə ümumi rejimli koloniyada, gənc isə xüsusi rejimli koloniyada ömürlük həbs cəzasına məhkum edilib. Onlar Cinayət Məcəlləsinin qətl və qəsdən sağlamlığa ağır zərər vurma maddələri ilə təqsirli biliniblər.
Məlumata görə, 2017-ci ildən 2021-ci ilin 19 martına qədər müttəhim və onun sevgilisi mütəmadi olaraq yeddi yaşlı oğlunu kəmər və mətbəx əşyaları ilə döyüblər. 2021-ci il martın 19-da axşam saatlarında Kudryaşovskinin daça kəndinin Oktyabrskaya küçəsində ana və ögey ata içki içib, sonra ögey oğlunu 55 dəfə təpik və yumruqla vurub. Nəticədə azyaşlı ölüb.
Qeyd olunur ki, oğlan günahını tam etiraf etməyib, qadın isə hadisədə iştirakını inkar edib.