Ukraynaya göndəriləcək “Leopard” əsas döyüş tanklarının ehtiyat hissələrinin və döyüş sursatlarının tədarükü təmin ediləcək.
Lent.az-ın “Bild” nəşrinə istinadla xəbərinə görə, artıq Almaniya və Polşa şirkətləri arasında bu məsələ ilə bağlı lazımi razılaşmalar əldə olunub. Onların nümayəndələri bu gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində danışıqlar aparıblar.
Görüş Almaniyanın müdafiə naziri Boris Pistoriusun iştirakı ilə keçirilib.