Almaniyada iyunun 12-dən 23-dək NATO-nun hərbi təlimləri ilə əlaqədar hava məkanı qismən bağlanacaq.
Lent.az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Federal Aviasiya Sənayesi Assosiasiyasının baş direktoru Mattias fon Randof bildirib.
"NATO və Hərbi Hava Qüvvələrinin hazırkı planlarına əsasən, Almaniyanın hava məkanı qismən bağlanacaq", - Randof bildirib.
O, sərnişinlərin hava nəqliyyatında problemlərlə üzləşəcəyini istisna etməyib.