Almaniyanın “Rheinmetall” müdafiə konserni F-35 döyüş təyyarələri üçün hissələrin istehsalında “Lockheed Martin” və “Northrop Grumman” şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır.
Lent.az xəbər verir ki, bu barədə cümə günü alman şirkətinin saytında məlumat verilib.
Bildirilib ki, “Lockheed Martin” və “Northrop Grumman” F-35-in mərkəzi gövdəsi üçün perspektivli strateji təchizat mənbəyi kimi “Rheinmetall” ilə niyyət sənədi imzalayıblar.
Qeyd edək ki, F-35 Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən, tək pilotlu, tək mühərrikli döyüş təyyarəsidir. Beşinci nəsil qırıcı təyyarə yerdəki hədəfləri məhv etmə və hava döyüşü aparmaq üçün yaradılıb. Qırıcının təkmilləşdirilməsində 9 ölkə iştirak edib.