Alimlər xərçəngin inkişafını  dayandıran peyvənd hazırlayırlar
28 yanvar 2025 04:37 (UTC +04:00)

Alimlər xərçəngin inkişafını dayandıran peyvənd hazırlayırlar

Britaniyalı alimlər xərçəngin inkişafını 20 il əvvəldən dayandıra biləcək yeni peyvənd üzərində çalışırlar.

Lent.az “The Independent”ə istinadla xəbər verir ki, “GSK” əczaçılıq şirkəti və Oksford Universiteti birlikdə xərçəngöncəsi mərhələdə olan hüceyrələri hədəf alan peyvənd hazırlamağı planlaşdırırlar.

Professor Sara Blaqden bildirib ki, həmişə xərçəngin bədəndə bir və ya iki il ərzində inkişaf etdiyi düşünülürdü: “Lakin əslində indi bilirik ki, normal hüceyrənin xərçəngə çevrilməsi prosesi 20 il, bəzən daha çox vaxt ala bilər”.

Hazırda Böyük Britaniyada hər il 385 mindən çox insana xərçəng diaqnozu qoyulur və 167 mindən çox insan bu xəstəlikdən vəfat edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1345

Oxşar yazılar