ABŞ Dövlət Departamenti
19 aprel 2021 03:16 (UTC +04:00)

ABŞ Dövlət Departamenti

ABŞ rus diplomatlarını qovmasına görə Çexiyanı ALQIŞLADI

“ABŞ, Çex Respublikasına "Rusiyanın təxribatçı hərəkətlərinə" verdiyi qəti cavabda dəstəyini ifadə edir”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, ABŞ Çexiyanı Rusiyanın Çexiya ərazisindəki təxribatçı hərəkətlərinə verdiyi qəti cavabda dəstəkləyir: “Rusiyanın ərazi bütövlüyünü, enerji təhlükəsizliyini və ya müttəfiqlərimizin, tərəfdaşlarımızın həyati infrastrukturunu təhdid edən hərəkətlərinə cavab olaraq qətiyyətlə davranmalıyıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Oxşar yazılar