
ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi

ABŞ Konqresinin Nümayəndələr Palatası hazırkı prezident Donald Trampın impiçmentinə səs verib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, impiçment yeganə maddəyə - qiyama çağırışa görə elan edilib.
Qətnamədə deyilir ki, dövlət başçısının hərəkətləri konstitusiya üzrə “ağır cinayətlər və əməllər” anlayışına uyğun gəlir. Konqresmenlərin qərarı Donald Trampı barəsində aşağı palata tərəfindən iki dəfə impiçment elan edilmiş ilk prezident kimi ABŞ tarixinə yazıb.
Trampın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması üçün onun Senatda da impiçmentinə dair qərar verilməsi lazımdır, ancaq Respublikaçılar hələ də Senatı yanvarın 20-də keçiriləcək Co Baydenin andiçmə mərasimindən əvvəl tətildən geri çağırmaqla bağlı razılığa gəlməyiblər. Üstəlik, qanunverici orqanın yuxarı palatasının qrafikinə görə, o, yalnız Trampın vəzifə səlahiyyətləri bitdikdən sonra impiçment məsələsinə baxa bilər. Ümumiyyətlə, Senat yanvarın 19-dək səsvermə tələb edən heç bir vacib mövzunun müzakirəsi üçün toplaşmayacaq. Trampın vəzifəsindən getdikdən sonra impiçment ediləcəyi də dəqiq deyil, çünki Konqres tarixində belə bir təcrübə qeydə alınmayıb.
Qeyd edək ki, yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Ev yaxınlığında təşkil olunmuş mitinqdə çıxış edərkən tərəfdarlarını həmin vaxt seçki nəticələrinin Konqres tərəfindən təsdiqlənməsi ilə bağlı yürütdükləri mübahisədə “zəif Respublikaçılara kömək etmək” üçün Kapitoli binasına doğru getməyə çağırıb. Hazırkı prezidentin tərəfdarlarından ibarət dəstə Kapitoli binasını mühasirəyə alıb, binaya daxil olaraq prezident seçkilərində qalib gəlmiş Co Baydenin qələbəsinin təsdiqləndiyi Konqresin birgə sessiyasını yarımçıq kəsiblər. Bundan sonra əraziyə milli qvardiyaçılar cəlb olunub, iğtişaşlar zamanı, həmçinin beş nəfər ölüb.
Bundan sonra Konqresdəki Demokratlar hazırkı prezidentin vəzifə səlahiyyətlərini yerinə yetirə bilməməsi ilə bağlı Konstitusiyaya 25-ci düzəlişi əsas tutaraq, vitse-prezident Mayk Pensi Trampı vəzifəsindən uzaqlaşdırmağa çağırıblar. Ancaq Pens bundan imtina edib.

Sərxan Kamallı
Oxşar yazılar

“Danışmaq qadağan edilsin” – Pandemiya əleyhinə TƏKLİF
23 yanvar 2021 , 11:20
ÜST-ün sənədi təsadüfən jurnala göndərildi: ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
23 yanvar 2021 , 09:16
Yüzlərlə hərbçi koronavirusa yoluxdu - VAŞİNQTONDA SƏHLƏNKARLIQ
23 yanvar 2021 , 08:10
Dəhşətli açıqlama: “Britaniya ştamm”ına yoluxan 13 nəfərdən 10-u ölür
23 yanvar 2021 , 03:20
Dünyada koronavirusa təkrar yoluxma SAYI AÇIQLANDI
22 yanvar 2021 , 22:24
Milyarderdən ağlasığmaz təklif - 100 mln. dollar
22 yanvar 2021 , 07:36
Ərdoğan: “Dilimiz fransız və ingilis mənşəli ifadələrlə doludur”
21 yanvar 2021 , 06:22
Çindən yüksək çinli 28 ABŞ vətəndaşına SANKSİYA
21 yanvar 2021 , 03:53