ABŞ-da  yarım əsr sonra  ilk dəfə qorxulu xəstəlik aşkar edildi
21 iyul 2022 22:32 (UTC +04:00)

ABŞ-da yarım əsr sonra ilk dəfə qorxulu xəstəlik aşkar edildi

ABŞ-da təqribən yarım əsr sonra ilk dəfə poliomelit xəstəsi aşkar edilib.

Lent.az-ın xəbərinə görə, bu barədə Nyu-York ştatının Səhiyyə Departamenti məlumat yayıb.

Departament əhaliyə xəbərdar edib ki, şəhərin Roklend dairəsində poliomelitə yoluxma müəyyən edilib.  Faktı federal qurumlar da təsdiqləyib.  

Rəsmi statistikaya görə ABŞ-da poliomelitə ölkədaxili yoluxma sonuncu dəfə 1979-cu ildə qeydə alınıb. 1993-də aşkar eidlən xəstə isə xaricdə yoluxmuşdu.

Qeyd edək ki, poliomelit virusların törətdiyi infeksion xəstəlik olub sinir sistemini iflic edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1748

Oxşar yazılar