Rusiyanın Tver vilayətində məhkəmə abidəyə gül dəstəsi qoyduğuna görə yerli sakini 30 min rubl cərimələyib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki. rusiyalı qadın İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsinin 1-ci hissəsi (“Rusiya Federasiyası Silahlı Qüvvələrinin istifadəsini gözdən salmağa yönəlmiş ictimai hərəkətlər”) ilə təqsirli bilinib.
Məlumata görə, Dneprdə hündürmərtəbəli binada baş verən partlayışda insanların ölümündən sonra qadın siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül qoyub. Təqsirləndirilən şəxs bildirib ki, şəhərdə Ukrayna mədəniyyətinə aid abidələrə rast gəlməyib və şəbəkədən məlum olub ki, çoxlu insanlar həmin abidəyə gül gətirirlər.
Qeyd edək ki, Dneprdə çoxmərtəbəli yaşayış binasının uçması yanvarın 14-də məlum olub. Ukrayna hakimiyyəti evə raketin düşdüyünü bildirib.