Ukraynada son sutka ərzində daha 325 nəfər koronavirusa yoluxub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayı 3102 nəfərə çatıb, 97 nəfər sağalıb, 93 nəfər vəfat edib.