Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayeva qarşı sui-qəsd cəhdi olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun köməkçisi Kunduz Joldubayeva məlumat verib.
O, Bişkek şəhərində A. Atambayevin avtomobilinə atəş açıldığını, lakin siyasətçinin xəsarət almadığını qeyd edib.