Kralın axırına çıxan "21", 39 il sonra tapılan əkizlər, adada yeyilən dənizçi – SİRLİ DÜNYA
27 avqust 2020 13:45 (UTC +04:00)

Kralın axırına çıxan "21", 39 il sonra tapılan əkizlər, adada yeyilən dənizçi – SİRLİ DÜNYA

Hamımız həyatda bir dəfə də olsa, maraqlı təsadüflərlə rastlaşırıq. Məsələn, haqqında düşündüyümüz tanışımız həm an qarşımıza çıxır. Yaxud hansısa mistik rəqəm bizi illərlə izləyir-hər şey həmin tarixə təsadüf edir. Məsələn, mənim doğum günüm ayın 13-ə təsadüf edir. Həyatımda 13 rəqəmi ilə bağlı çox hadisələr olub, hətta universitetə imtahan verəndə 13 nömrəli bilet düşüb bəxtimə. Sonra qrupumuzun nömrəsi...

Yaxud kimsə sizə deyir ki, mənim bir tanışım var, sizə elə oxşayır ki, elə bil bir almanı yarı bölmüsən. Əslində, burda təəccüblü heç nə yoxdur. Tarix belə bənzər təsadüflərlə zəngindir.

Belə bir əfsanə var ki, Fransa kralı VI Lyüdovik 21 rəqəmindən qorxurmuş. Uşaqlığında hansısa astroloq ona deyibmiş ki, bu rəqəmdən qorun. O vaxtdan Lyüdovik heç bir vacib işini ayın 21-ə salmazmış. Hər ayın 21-də özünü qapı arxasına qapadarmış. Bu rəqəm həqiqətən də Lyüdoviklə məkrli oyun oynayıb.

Fransa inqilabı baş verəndə məhz həmin tarixdə Lyüdovikin başına bəlalar gəlib.

1791-ci il iyunun 21-də Lyüdovik öz ailəsi ilə çevrilişdən qurtulmaq üçün Parisdən qaçmağa cəhd göstərib. Onları yarı yolda tapıb həbs edirlər.

1792-ci ilin sentyabrın 21-də monarxiya devrilir. Fransa respublika elan edilir.

1793-cü ilin yanvarın 21-də Lyüdovikin üzünə ölüm hökmünü oxuyub, başını kəsməklə edam edirlər.

Məşhur yazıçı Edqar Alon Ponun “Artur Qardon Pimin macəraları” adlı əsərinə görə qəhrəmanın gəmisi fırtınaya düşür, dörd nəfər möcüzəylə sağ qalır. Sağ qalanlar yeməyə heç nə tapmadıqlarından aralarından birini yeyirlər. Kitab 1838-ci ildə çap olunub. Yarım əsrdən sonra əsərdə baş verənlər eynilə həyatda baş verir.

1884-cü ildə “Rezeda” yaxtası qəzaya uğrayır. Ekipajın dörd üzvü kiçik qayıqlarla adaya çıxırlar. Tezliklə aclıqdan və susuzluqdan vəhşiləşirlər.

Dörd dənizçidən üçü birini yeyir. Təsadüfə baxın ki, yeyilənin adı əsərdəki dənizçinin adı ilə eyni idi – Riçard Parker. Cəmi bundan dörd gün sonra dənizçiləri tapırlar. Əzabdan və ölümdən dönmüş dənizçilər həqiqəti gizlətmirlər. Məhkəmə onlara bəraət verib cəmi altı ay azadlıqdan məhrum edir.

1898-ci ildə, “Titanik”in batmasından düz 14 il əvvəl  gəncliyində gəmi kapitanı olmuş Amerika yazıçısı Morqan Robertson “ Uğursuzluq” adlı roman yazıb. Əsərdə batmaz hesab olunan “Titan” adlı gəmidən bəhs edilir. Gəmi Atlantik okeanında aysberqlə toqquşub batır. Eynilə “Titanik” kimi. Və əsərdə baş verənlərlə həyatda hamısı təkrar olunur.  Gəmilərin texniki xarakteristikası belə üst-üstə düşür.

Hadisədən sonra o vaxta qədər heç yerdə oxunmayan və tanınmayan roman mistikliyinə görə populyarlıq qazanıb və müəllif dillərə düşüb. Kitab yenidən yeni adla nəşr olunub yayılır. Müəllif məşhurlaşsa da, çoxları onu lənətləyirdi ki, bədbəxt hadisənin mistik qüvvəsi odur. Morqan hadisədən üç il sonra – 1915-ci ildə  dünyasını dəyişir.

Daha bir maraqlı təsadüf əkiz qardaşların başına gəlib. Amerika xəstəxanalarından birində dünyaya gələn əkiz uşaqları anaları buraxıb gedir. Uşaqları ayrı-ayrı valideynlərə övladlığa verirlər və deyirlər ki, əkiz uşaqlar idi, o birisi yaşamadı. 39 il sonra qardaşlardan biri axtarıb digər qardaşını tapır. Məlum olur ki, əkiz qardaşlar eyni taleyi yaşayır. Eyni adı daşıyırlar, eyni adda qadınlarla evləniblər. Hər ikisi öz oğlanların eyni adı qoyublar. Eyni siqareti çəkirlər, dincəlməyə Floridada eyni çimərliyə gedirlər. İkisi də baş ağrısından əziyyət çəkir.

İkisində də ürək problemi olub, müalicə alıblar. Yeganə fərqli cəhətləri saç formalarında olub.

Əmir Teymurun məzarının açılmasından sonra 1941-ci ildə müharibənin başlaması da belə mistik rəvayətlərdən biridir. Nə bilim...Belə deyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26794
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar