Minlərlə insanın ölümünə səbəb olan koronavirus dünyanın siyasət, idman və maqazin dünyasının məşhur adlarından da yan keçməyib.
Lent.az xəbər veir ki, Kanadanın baş naziri Castin Trüdonun arvadı Sofi Qrequa da yeni virusa yoluxub.
Bundan başqa, İspaniya kralı Filip və kraliça Letisiya tədbir məqsədli koronavirus testi etdirib, nəticəsi gözlənilir.
Qeyd edək ki, Avstraliya daxili işlər naziri Piter Dutton, məşhur aktyor Tom Henks, İspaniyanın bərabərlik naziri İrine Montero, İran prezidenti Həsən Ruhaninin birinci köməkçisi İsaq Cahangiri, İngiltərinin səhiyyə nazirinin köməkçisi Nadine Dorries də yeni növ virusa yoluxanlar arsındadır.
İtaliyanın səhiyyə şefi Roberto Stella isə koronavirusa yoluxaraq dünaysını dəyişib.