Cənubi Koreyanın İçon şəhərində tikinti sahəsində baş verən yanğında 25 nəfər ölüb.
APA-nın "Yonhap" agentliyinə istinadən verdiyi xəbərə görə, yanğında həyatını itirənlər paytaxt Seul şəhərindən 80 km cənub-şərqdə yerləşən İçon şəhərində anbar tikintisində çalışıblar.
Yanğında 7 nəfərin xəsarət aldığı bildirilir.
İlkin məlumata görə, işçilər anbarın yeraltı hissəsində tez alışan materialla izolasiya işləri apararkən partlayış baş verib və yanğın çox sürətlə yayılıb.