Belarusda son sutka ərzində daha 575 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayı 4779, xəstəlikdən ölənlərin sayı isə 42 nəfərə çatıb.
İndiyə qədər Belarusda 342 nəfər koronavirusdan sağalıb.
Belarusun Səhiyyə naziri Vladimir Karanik isə bildirib ki, ölkədə 419 tibb işçisində koronavirus aşkarlanıb.