Türkiyədə 90 tələbə iftarda zəhərlənib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Samsunda baş verib.
İftar yeməyinə qatılan tələbələr İraq, Suriya, Mərakeş, Fələstin, Əlcəzair, İordaniya, Misir, Sudan, Kamerun və Yəməndən olan xarici ölkə vətəndaşlarıdır.
Qusma, ishal, qızdırma və halsızlıq şikayətləri olan tələbələr xəstəxanaya yerləşdiriliblər.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.