Tunis məhkəməsi 2016-cı ildə hərbçini öldürməkdə təqsirli bilinən 9 nəfər barədə ölüm hökmü çıxarıb.
Lent.az-ın Tunis Xəbər Agentliyinə (TAP) istinadla məlumatına görə, daha 15 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2016-cı ildə baş verib. Çavuş əl-Qazlani Kaserin vilayətindəki evinə soxulmuş oğrular tərəfindən qətlə yetirilib. Hadisə o zaman ciddi ictimai reaksiya doğurub.