6 mərtəbəli anbarda yanğın:  60 texnika, 1 helikopter cəlb edildi
29 noyabr 2021 08:22 (UTC +04:00)

6 mərtəbəli anbarda yanğın: 60 texnika, 1 helikopter cəlb edildi

0

Bu gün Yaponiyanın Honşu adasının cənub-qərbində yerləşən Osakada şəhərində 6 mərtəbəli anbarda güclü yanğın baş verib.

Lent.az TBS telekanalına istinadən xəbər verir ki, yanğının söndürülməsinə 60 texnika, 1 helikopter cəlb edilib.

Yanğın azı 10 min kvadratmetr ərazini əhatə edib. Yanğın zamanı binada 100-ə yaxın insan olub, onların hamısı təxliyə edilib. 

Polis anbarda şirkətlərin nümayəndələrinin olub-olmamasını araşdırır.

ilkin məlumatlara görə, yanğına səbəb anbardakı boş karton qutuların alışması olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1189

Oxşar yazılar