53 yaşlı qadına sevgi etirafı edib 830 min dollar alaraq  ərindən boşatdırdılar
17 yanvar 2025 01:32 (UTC +04:00)

53 yaşlı qadına sevgi etirafı edib 830 min dollar alaraq ərindən boşatdırdılar

Bred Pittlə romantik münasibətdə olduğuna inanan və fırıldaqçılara 830 min dollar verən 53 yaşlı Annanın hekayəsi Fransada televiziya kanallarında yayımlanıb.

Lent.az xəbər verir ki, heç kimə zərər vermədiyini deyən qadın “Mənə niyə belə etdilər?” deyə şikayətlənib.

Fransada 53 yaşlı Anna adlı interyer dizayner sosial şəbəkədə özünü məşhur aktyor Bred Pitt kimi təqdim edən fırıldaqçının qurbanı olub.

Fırıldaqçı qadınla saxta sosial media hesabı vasitəsilə əlaqə saxlayıb və süni intellektin yaratdığı videolar və montaj şəkilləri ilə özünü Bred Pitt kimi təqdim edib.

Məlum olub ki, fırıldaqçı qadını aldadıb, böyrəyinin müalicəsi üçün təcili pula ehtiyacı olduğunu və Ancelina Colidən boşandığı müddətdə bank hesablarına daxil ola bilmədiyini bildirib.

Saxta "Bred Pitt" xərçəng müalicəsi, gömrük rüsumları və dəbdəbəli hədiyyələr kimi müxtəlif bəhanələrlə qadından 830 min dollar alıb. Pullar isə Türkiyədə bir bank hesabına göndərilib.

Saxta Bred Pittin göndərdiyi şeirlər və mesajlar Annaya təsir edib.

Anaa əvvəlcə şübhəli olduğunu desə də, fırıldaqçı süni intellektin yaratdığı video və görüntülər sayəsində etibar qazanıb.

Hətta fırıldaqçı daha da irəli gedərək qadına evlilik təklifi edib ki, bu da qadının milyonçu ərindən boşanmasına səbəb olub.

Əsl Bred Pittin yeni sevgilisi İnes de Ramonla fotolarını görən Anna aldadıldığını anlayıb və 2024-cü ilin yayında polisə şikayət edib.

İki il ərzində fırıldaqçıya göndərilən pullar izlənilsə də, fırıldaqçıların izlərini peşəkarcasına gizlətdikləri bildirilir.

Baş verənlərdən sonra ana ağır depressiyadan əziyyət çəkməyə başlayıb və hazırda klinikada müalicə alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2447

Oxşar yazılar

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq  yaralandı

Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı

19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI

39 il həbsdən sonra BƏRAƏT ALDI

19 iyul 2025 , 19:53
Çobanı və bütün sürünü ildırım vurub öldürdü  - VİDEO

Çobanı və bütün sürünü ildırım vurub öldürdü - VİDEO

19 iyul 2025 , 19:22