ABŞ-da məhkəmə internetdən dostuna orqan satan qadına hökm oxuyub.
Lent.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Məlumata görə, Alabama ştatından olan 37 yaşlı Kandase Çapman Skott sosial şəbəkələrdə Pensilvaniyadan olan 42 yaşlı “qəribəliklər kolleksiyaçısı” ilə tanış olub və insan orqanlarının olduğu paketləri göndərməyə razılaşıblar.
Belə ki, 2021-ci ilin oktyabrından 2022-ci ilin iyuluna qədər qadın yeni tanışına ağciyərlər, beyinlər, qollar, göbəklər və digərləri daxil olmaqla 24 qutu orqan göndərib. Bütün bağlamalar üçün o, 10,6 min dollar alıb.
Skott ötən ilin aprelində saxlanılıb və günahını etiraf edib. Məhkəmə təqsirləndirilən şəxsi təqsirli bilib və 15 il müddətinə azadlıqdan məhrum edib. Federal Təhlükəsizlik Bürosu hadisəni ağlasığmaz və iyrənc cinayət adlandırıb.
Orqanları alan şəxs məhkəmə iclasını gözləyir. O, günahını etiraf edib.