23 yaşlı Yasmin İlhan “Crazy John’s” adlı mobil telefon şirkətinin qurucusu avstraliyalı multimilyoner Con İlhanın varisidir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2007-ci ildə 42 yaşında vəfat edən maqnat qızına 300 milyon dollar miras saxlayıb.
Conun qızı Yasminin yeniyetmə yaşlarında başına gələn hadisə barədə ciddi açıqlaması, sözün əsl mənasında, gündəm olub.
O, etiraf edib ki, 15 yaşında olanda cinsi istismara məruz qalıb:
“Hər şey 2013-cü ildə baş verdi. Melburnunun ətraf qəsəbəsində, gənclər ad gününə toplaşmışdı. Orada özəl məktəblərdən birində oxuyan oğlan mənə təcavüz etdi...”
Dəhşətli hadisədən sonra qız Londona köçür və orada hüquq fakültəsini bitirir.
Bu barədə keçən il polisə ifadə verib, lakin aldığı cavab onu şoka salıb. Polis əməkdaşı dəlil tələb edərək, işi araşdırmaqdan imtina edib.
Göz yaşlarına boğulan Yasmin qeyd edib ki, məndən hadisəni sübuta yetirəcək nümunə istədilər:
“Sübut edə bilmədim, mənə hüquq fakültəsini bitirdiyimi və bunun məlum hadisə ilə bağlı narahatlıq yarada biləcəklərini söylədilər”.
Polis sübut olmadığı üçün işi bağlasalar da Yasmin geri çəkilməyəcəyini bildirib.
Yasmin başına gələnləri ictimailəşdirdikdən sonra digər qızlar da eyni oğlandan əziyyət çəkdiklərini söyləyərək ona yazmağa başlaylblar.