Türkiyənin Hatay bölgəsində baş verən zəlzələnin 147-ci saatında 10 yaşlı Cudi adlı qız uşağı dağıntılar altından xilas edilib.
L Milliyete-ə istinadən xəbər verir ki, Kahramanmaraşda zəlzələ nəticəsində dağılan binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir. İşlərin hələ də davam etdiyi Hatayda ümidverici xəbərlər gəlib.
Belə ki, Zəlzələnin 147-ci saatında 10 yaşlı Cudi adlı qız dağıntılar altından xilas edilib.
Böyük ehtiyatla xərəyə qoyulan uşaq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.