140 saatdan sonra 7 aylıq körpə dağıntı altından çıxarıldı
12 fevral 2023 04:41 (UTC +04:00)

140 saatdan sonra 7 aylıq körpə dağıntı altından çıxarıldı

0

Türkiyənin Hatay vilayətində axtarış-xilasetmə əməliyyatları zamanı 140 saatdan sonra 7 aylıq uşaq dağıntılar altından sağ çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə Anadolu məlumat yayıb. 

Qeyd olunub ki, Hatayın Antakya rayonu Kışla Saray Məhəlləsində Fevzi Çakmak küçəsində yerləşən yaşayış binasının dağıntılarından səs gəldiyini müəyyən edən qruplar işlərini intensivləşdirib.

140 saat sonra dağıntılar altından xilas edilən Həmzə adlı 7 aylıq körpə təcili yardımla xəstəxanaya aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2524

Oxşar yazılar