Əsədlər ailəsi: kimdir onlar? – PORTRET –
Bəzilərinin qiyam, digərlərinin üsyan adlandırdığı, amma ümumi olaraq «ərəb baharı» adı verilən hadisələr indi Dəməşqin mərkəzində cərəyan edir. Son bir neçə günün hadisəsi böyük ehtimalla Suriyada da tezliklə hakimiyyət çevrilişi (məhz çevriliş) olacağını söyləməyə imkan verir.
Çevrilişə böyük dəstək verən Qərb üçün Suriyayanın Misir və ya Liviyadan fərqli olaraq daha bir böyük önəmi var. Çünki Qərb Suriyanı İran probleminin çözülməsi yolunda açar hesab edir. Ən azı, Suriya problemini həll etmədən İran məsələsinə başlamaq istəmir. Bu zaman Dəməşqin, ilk növbədə hakim rejimin Tehran hakimiyyəti ilə uzun illər davam edən əlaqələri, sıx münasibətləri nəzərə alınır. Bəs bu rejim Suriyada hakimiyyətə necə yiyələnib?
Suriyada artıq yarım əsrə yaxındır ki, Əsəd ailəsi hakimiyyətdədir. Bir çox ərəb ölkələrində olduğu kimi, Suriyada da bu ailə hakimiyyətə hərbi çevriliş yolu ilə gəlib.
Hafiz Əsəd
Əsəd ailəsinin hakimiyyət yolu Hafiz Əsədin 1971-ci ildə hərbi çevriliş edərək Salah Cədidi devirməsi ilə başlayıb.
Hafiz Əsəd (Hafiz əl-Əsəd) 1930-cu ildə Latakiya şəhəri yaxınlığında kasıb və çoxuşaqlı kəndli ailəsində doğulub. Ailənin əvvəlcə soyadı əl-Vəhş (vəhşi heyvan) olub. Doğulan körpəyə Hafiz (Hifz - qoruyan) adı verilib.
Hafiz Əsəd gənc yaşlarından siyasətə qoşulub, 1946-cı ildən BƏƏS partiyasının üzvü olub. 1955-ci ildə Hələbdə Hərbi Hava Qüvvələri kollecini bitirib, sonra isə SSRİ-də hərbi hazırlıq keçib. Birləşmiş Ərəb Respublikası yaranandan sonra Qahirəyə göndərilib və reaktiv qırıcılar eskadrilyasının komandiri olub. Amma Misirlə birliyin əleyhinə çıxdığından, Silahlı Qüvvələrdən uzaqlaşdırılıb.
Birinci dəfə 1963-cü ildə hərbi çevrilişdə iştirak edib. Nəticədə, Suriyanın o zamankı hökuməti devrilib. 1964-1970-ci illrdə Suriya Ərəb Respublikasının Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı olub. 1966-1972-ci illərdə həm də müdafiə naziri postunu tutub. 1970-1971-ci illərdə Suriyanın baş naziri olub.
1971-ci ildə iştirak və bilavasitə rəhbərlik etdiyi hərbi çevriliş nəticəsində Salah Cədidi hökuməti devrilib. Hafiz Əsəd bu çevriliş nəticəsində hakimiyyəti əldə edib və 2000-ci ildə vəfatına qədər Suriya prezidenti olub.
Hakimiyyəti dövründə hazırda Misirdə və qismən Liviyada hakimiyyətə gələn, Suriyada isə döyüşlərdə fəal iştirak edən «Müsəlman qardaşları» hərəkatına qarşı mübarizə aparıb. 1982-ci ildə Hama şəhərindəki qətliam ən faciəli hadisələrdən sayılır. O zaman «Müsəlman qardaşları»nın Hamada qaldırdıqları qiyamı yatırtmaq üçün şəhər havadan bombardman edilib, sonra isə ordu hissələrinin hücumu ilə alınıb. Bəzi məlumatlara görə, həmin hadisələr zamanı 40 min nəfər öldürülüb (o cümlədən Suriya ordusunun min əsgəri), Hama isə dağıdılıb.
2000-ci il iyulun 10-da vəfat edib. Vəfatından sonra hakimiyyətə oğlu Bəşər Əsəd gəlib.
Buşra Əsəd
1960-cı ildə doğulan Buşra Əsəd (Buşra əl-Əsəd) Hafiz Əsədin böyük övladı və yeganə qızıdır. O, bir neçə gün öncə terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində öldürülən müdafiə nazirinin müavini Asəf Şevkətin həyat yoldaşıdır.
Buşra 1982-ci ildə Dəməşq universitetinin əczaçılıq fakültəsini bitirib. Elə oradaca özündən 10 yaş böyük, evli və 5 uşaq atası olan Asəf Şevkətlə tanış olub. Bütün maneələrə baxmayaraq, 1995-ci ilin əvvəlində Asəf Şevkətlə ailə həyatı qurub. Onun atasına böyük təsiri olduğu bildirilir. 1984-cü ildə baş tutmayan çevrilişdən sonra əmisi Rifat əl-Əsədin həbsxanadan qurtulmasında da onun böyük rolu olub. Buşra atasını inandırıb ki, əmisinin həbsxanaya salınması ailə üçün böyük rüsvayçılıq olardı. Düzdür, bu məlumat digər mənbələrdə fərqli göstərilir. Həmin mənbələrə görə, qardaşlar arasındakı münaqişə analarının köməyi ilə həll edilib. Guya ki, Hafiz Əsəd və Rifat Əsəd arasında analarının iştirakı ilə keçirilən görüşdən sonra Rifat ölkəni tərk etməyə razı olub. Hafiz isə ölkəyə nəzarəti geri qaytarıb.
Qardaşı Basel əl-Əsədin ölümündən sonra Buşranın atasına təsiri daha da böyüyüb. O, Suriyanın əczaçılıq sənayesinin inkişafında müstəsna rol oynayıb. Buşra həyat yoldaşı Asəf Şevkətin təsirinin artması üçün də çalışıb. Bunun nəticəsi olaraq, Şevkət 1990-cı illərin sonunda ölkə hərbi təhlükəsizlik və kəşfiyyat aparatında aparıcı şəxsə çevrilib.
Hafiz Əsədin ölümündən sonra da Buşranın təsiri qalıb. Ölkənin birinci ledisi Asma əl-Əsəd və Buşra arasında da sıx münasibətlər var.
Basel Əsəd
Basel Əsəd (Basel əl-Əsəd) Hafiz Əsədin ikinci övladı olub. 1962-ci ildə doğulan Basel Hafizin ən sevimli övladı sayılır. Suriya lideri öz yerinə də məhz onu hazırlayırmış. O, «Suriyanın qızıl oğlu» ləqəbi də alıbmış. Ciddi bir gənc olan Basel mülki mühəndisliyi öyrənirmiş, kompüterlərlə maraqlanırmış, yaxşı idmançı sıyılırmış (atçılıq üzrə Suriya olimpiya yığmasının rəhbəri olub), paraşütdən tullanma, stend atıcılığı və yaxta idmanı ilə məşğul olub.
Elitar komanda kursunu bitirən Basel, eyni zamanda siyasi elmlər doktoru adı da alıb. 1990-cı illərin əvvəlində isə Respublika Qvardiyasının elitar diviziyasının briqada komandirinə kimi yüksəlib. Nəzəri cəhətdən tankçı olsa da, döyüş pilotu kursunu bitirib və MiQ-21 təyyarəsində uçurmuş. Hafiz Əsədin 1991-ci ildə prezident seçilməsi zamanı Baselin də şəkilləri divarlara yapışdırılıb. İdman aləmində uğurlarına görə, YUNESKO-nun ordeni ilə təltif edilib.
BƏƏS partiyasında Basel Əsədə «qızıl cəngavər» adı verilibmiş. O, cəmiyyətə təmizliyin və düzgünlüyün simvolu kimi təqdim edilirmiş. Atasının şəxsi mühafizəsinə cavabdeh olan Basel korrupsiya əleyhinə də mübarizə aparırmış. Livanla sərhəddə qaçaqmalçılarla mübarizə aparan qüvvələr də Baselin əsgərləri olub. Fransız dilində çox gözəl danışırmış.
Amma onun barəsində yaradılan imic həqiqətdən bir qədər uzaq da olub. Basel əzazilliyi ilə də məşhurlaşıb. Bacısı Buşra Asəf Şevkətlə ailə quracağını bildirəndə, Basel ona ciddi xəbərdarlıq edib. Onun göstərişi ilə Şevkət 3 dəfə həbs edilib. Amma bu, sevgililəri ayıra bilməyib. Deyilənə görə, Basel bir dəfə bacısını Şevkətlə bir yerdə tutunda, Buşranı yarımcan olana qədər döyüb.
Suriyanın gələcəyi olacaq «qızıl cəngavər» 1994-cü il yanvarın 21-də Dəməşq hava limanına gedən yolda avtomobil qəzasına uğrayıb. Sürəti 130 kilometrə qaldıran Basel yolda təmir işləri səbəbindən qoyulan maneələri keçə bilməyib və idarəetməni itirib. Avtomobil bir neçə dəfə aşıb və Basel yerindəcə keçinib. Sərnişin yerində sonralar Bəşər Əsədin yaxın dostuna çevriləcək Rami Məxluf oturubmuş. Sürücü isə arxa oturacaqda oturub və ona ümumiyyətlə heç nə olmayıb.
Baselin ölümü Suriyanı şoka salıb. Dəməşqdə sui-qəsdlə bağlı versiyalar yaranıb. Onlardan birinə görə, sui-qəsdi Hafiz Əsədlə barışmayan qardaşı Rifat törədib. İkinci versiya Baselin korrupsiya əleyhinə fəaliyyətindən narazı qalan qaçaqmalçılarla bağlı olub. Nəhayət, onu Buşranın gələcək həyat yoldaşı Şevkətin öldürə biləcəyi ilə bağlı da versiya olub.
Hafiz Əsəd dərhal Baselin yerini tutacaq şəxsi hazırlamağa başlayıb. Bu şəxs Bəşər Əsəd olub. Londonda oftomoloji kvalifikasiyasını artırmaqla məşğul olan Bəşər Əsəd dərhal ölkəyə qaytarılıb.
Bəşər Əsəd
Bəşər Əsəd (Bəşər əl-Əsəd) Hafiz Əsədin üçüncü övladıdır. 1965-ci il sentyabrın 11-də Dəməşqdə doğulub. İbtidai və orta təhsilini Dəməşqdəki «Hürriyə» elitar ərəb-fransız liseyində alıb. 1988-ci ildə Dəməşq Universitetinin tibb fakültəsini bitirib və Tişrin hospitalında işləməyə başlayıb. 1991-ci ildə Londona təkmilləşdirmə institutuna gedən Bəşər Suriya prezidentinin oğlu olduğunun bilinməməsi üçün özünə təxəllüs götürüb. Beynəlxalq simpoziumlarda iştirak edən Bəşər Əsəd, boş vaxtlarını əyləncədə deyil, suriyalı ziyalıların arasında keçirməyə üstünlük verib. O, tibb elmindən əlavə, informatika ilə də maraqlanıb.
Qardaşı Baselin ölümündən sonra Suriyaya qayıdıb Homs şəhərində hərbi akademiyaya daxil olub. 1995-ci ildə tank batalyonuna rəhbərlik edib, sonra isə Respublika Qvardiyasının komandanı təyin edilib. 1999-cu ilin yanvarında ona polkovnik rütbəsi verilib.
Hafiz Əsədin ölümünün ertəsi günü vitse-prezident Haddam Bəşər Əsədə general-leytenant rütbəsi verib və onu ordunun ali baş komandanı təyin edib. 2000-ci il iyunun 20-də BƏƏS partiyası onun namizədliyini prezident postuna irəli sürüb və 1 həftə sonra parlament yeganə namizədi dəstəkləyib. İyulun 20-də ümumxalq referendumunda Bəşər Əsəd Suriya prezidenti seçilib. Qeyd edək ki, o, 2007-ci ildə keçirilən referendumda ikinci dəfə bu posta yiyələnib.
Bəşər Əsəd 2001-ci il yanvarın 1-də Homs şəhərinin məşhur sünni klanından olan Asma əl-Ahrasla evlənib. Asma müsahibələrindən birində bildirib ki, onların ailələri arasında köhnə əlaqələr olub: «Yay tətilində valideynlərim məzuniyyət götürürdü və biz İngiltərədən Suriyaya qayıdırdıq. Bu zaman biz Bəşərlə söhbət edirdik. Biz İngiltərədə olanda da söhbət edirdik. Bu elə bir hadisədir ki, uşaqlıq dostu sevgiyə çevrilir». Bu nikahdan Bəşər Əsədin 2001 və 2004-cü ildə 2 oğlu və 2003-cü ildə bir qızı doğulub. Bəşər böyük oğlunu atasının şərəfinə Hafiz adlandırıb. Ərəb, fransız və ingilis dillərini bilir.
Məcid Əsəd
Məcid Əsəd (Məcid əl-Əsəd) Hafiz Əsədin dördüncü övladıdır. Onun haqqında çox az informasiya var. Onun haqqındakı informasiyaların böyük hissəsi çox qısa və qeyri-dəqiqdir.
Məcid Əsəd 1966-cı ildə doğulub. Onun həyatı çətin və narahat keçib. Körpə yaşlarından onda ağır xəstəliyin əlamətləri özünü biruzə verib. Atası ilə yaxşı münasibətlərinə baxmayaraq, qeyri-adekvat addımları, qeyri-stabilliyi və depressiyaya meyilliliyi ilə məşhurlaşıb. Gənc yaşlarından başlayaraq özünü müalicə etməyə girişib və bu zaman narkotiklərdən istifadə edib. Nəticə olaraq, tezliklə narkotik asılılığı yaranıb. Ailəsi ona kömək etməyə cəhd göstərsə də, bu cəhd uğursuz olub. 1990-cı illərdə psixoaktiv maddələrdən həddən artıq istifadə etdiyinə görə Londonda hospitala yerləşdirilib. Bəşər Əsəd tez-tez qardaşına baş çəkərək ona göstərilən köməyə nəzarət edirmiş. Ətrafında yaradılan münbit şəraitə baxmayaraq, Məcid Əsədi depressiyadan çıxartmaq mümkün olmayıb. 2009-cu ildə vəfat edib, atası və qardaşı Basilin basdırıldığı ailə qəbiristanlığında dəfn edilib. Məcid 1976-cı ildə doğulan Ruya Əyyubla evli olub. Onların övladı olmayıb.
Mahir Əsəd
Mahir Əsəd (Mahir əl-Əsəd) Hafiz Əsədin sonuncu övladıdır. 1967-ci il dekabrın 8-də doğulub. Hərbi xadim, Milli Qvardiyanın və 4-cü mexanikləşdirilmiş diviziyanın komandanıdır. Prezident Bəşər Əsədin kiçik qardaşı həm BƏƏS partiyasının Mərkəzi Komitəsinin üzvüdür və ölkənin ən nüfuzlu şəxslərindən biri sayılır.
Hafiz Əsədin bütün övladları kimi Mahir də ictimaiyyətin diqqətindən kənarda böyüyüb. Bacısı və qardaşlarının bitirdikləri orta məktəbdə oxuyub. Dəməşq universitetində maşınqayırma və biznesi öyrənib. Universiteti bitirdikdən sonra hərbi təhsil alıb. Sünni məzhəbindən olan (qeyd edək ki, Əsəd ailəsi şiəliyin bir qolu olan ələvi təriqətinin tərəfdarıdır) Manal əl-Cadanela ailə qurub, iki övladı var. Kikboks və əlbəyaxa döyüş növləri ilə məşğul olub.
Onun son dərəcə çılğın olduğu bildirilir. 1994-cü ildə əmisi oğlu Ribal əl-Əsədlə ciddi münaqişəsi olub. 1999-cu ildə bacısının əri Asif Şevkətlə mübahisəsi yaranıb. Təsdiq olunmamış informasiyaya görə, Mahir o zaman Asifin qarnından atəş açıb. Onu da qeyd edək ki, onların arasında həmişə narazılıq yaşanıb.
Hərbi karyerasına mühəndis qoşunlarının komandanı kimi başlayıb. Böyük qardaşı Basilin ölümündən sonra bəziləri onun atasının yerini tutacağını düşünürmüşlər. Çünki Məcid xəstə olub, Bəşirin isə ölkəni idarə edə biləcək keyfiyyətlərinin olmadığı iddia edilirmiş. 1996-cı ildə Mahir Respublika Qvardiyasının komandanı təyin edilib. Atasının ölümündən sonra polkovnik rütbəsi verilib.
Mahir qardaşının ən yaxın adamlarından biri sayılır. O, həm də ölkənin ən iri biznesmenlərindən sayılır, yaxın qohumu Rami Məhlufla birgə bir neçə iri biznesi var. Digər məlumatlara görə, Mahir işgüzar fəaliyyətini Dubaya köçürüb.
Bəzi mənbələr iddia edirlər ki, Mahirin qardaşı Bəşirlə münasibətləri o qədər də rahat deyil. Guya ki, o, ölkədə hakimiyyəti ələ almağa cəhd edib. İddiaya görə, məhz Mahir qardaşının ölkədə aparmağa çalışdığı liberallaşma kursunun dayandırılmasına nail olub.
Onu Suriyadakı qanlı hadisələrin əsas səbəbkarlarından biri sayırlar. Güman edilir ki, üsyanın qanla yatırılmasında Mahirin başçılıq etdiyi 4-cü mexaniki diviziya əsas rollardan birini oynayır. 2011-ci ilin aprelində ABŞ, həmin ilin mayında Avropa Birliyi Mahirin əmlakına həbs qoyub. Onu «nümayişçilər əleyhinə repressiyaların əsas qüvvəsi» sayırlar.
Bu ilin mayında Mahirin döyüşdə öldürüldüyü barədə məlumatlar yayılsa da, sonradan informasiya yalan çıxıb.
Rifat Əsəd
Əsədlər barəsində danışanda Rifat Əsəddən (Rifat əl-Əsəd) söz açmamaq mümkün deyil. Rifat Əsəd Suriyanın keçmiş prezidenti Hafiz Əsədin qardaşı və hazırkı prezident Bəşər Əsədin əmisidir. 1937-ci ildə doğulan Rifat ailənin 11-ci sonuncu uşağı olub. Dəməşqdə politologiya və iqtisadiyyatı öyrənib, sonra Homsda hərbi akademiyada oxuyub, 1963-cü ildə orduda xidmətə başlayıb. 4 dəfə evli olub (bəzi məlumatlara görə, eyni zamanda 4 qadınla evlənib).
Gəncliyində Suriyalı diktatorlara qarşı mübarizə aparıb. 1952-ci ildə BƏƏS partiyasına daxil olub. 1965-ci ildə ancaq Suriya Hərbi Komandanlığına tabe olan xüsusi təhlükəsizlik qüvvələrinin komandanı təyin edilib. 1969-1970-ci illərdə Rifatın başçılıq etdiyi qüvvələr Suriyanın o zamankı rəhbəri Salah Cədidlə mübarizədə qardaşı Hafizin əsas dayağına çevrilir. 1971-ci ildə həmin qüvvələrin bazasında ordudan müstəqil «müdafiə briqadaları» yaradılır. Bu briqadalara yüksək hazırlıqlı bölmələr daxil olur, oraya çağırış ordudan ayrı aparılır. Qüvvələrə əsasən ələvilər cəlb edilir. Silahlanmaya ən müasir hərbi texnika və silahlar qəbul edilir. Briqadaların hərbçilərinin sayı 15-20 minə çatır. Dəməşq yaxınlığında yerləşdirilən bu qüvvələrin əsas funksiyası çevrilişlərin qarşısını almaq olur. Bu qüvvələr həm də Suriyanın 1976-cı ildə Livana hərbi müdaxiləsində və Hamada üsyanın yatırılmasında iştirak edir.
Rifat Əsədin bioqrafiyasında ən qaranlıq məqamlardan biri 1982-ci ilə təsadüf edir. O zaman Hama şəhərində «Müsəlman qardaşları» hərəkatının başladığı üsyan yatırılır. Əməliyyat 3 həftə davam edir və 40 minə qədər adamın ölümü ilə nəticələnir. Rifat özü ölənlərin 38 min olduğunu bəyan edibmiş. O, üsyanın yatırılmasının əsas rəhbəri hesab olunur.
1983-cü ildə isə Rifat və qardaşı Hafiz arasında ciddi qarşıdurma yaranır. Xəstələnən Hafiz Əsəd ölkəni idarə etmək üçün müvəqqəti komitə yaradır və buraya əsasən arxasında heç bir real qüvvə olmayan sünnilər daxil edilir. Prezidentin bu addımı ələvi dairələrində narazılıqla qarşılanır. Rifatın rəhbərlik etdiyi qüvvələr (55 min hərbçi, tanklar, aviasiya və artilleriya) Dəməşqə nəzarəti ələ keçirir. Rifat və Hafizin qüvvələri arasında qarşıdurma başlayır. Amma tezliklə Hafiz hakimiyyəti geri qaytarır. Bir neçə ay xaricdə yaşayan Rifat 1984-cü ilin sonunda vitse-prezident təyin edilir. Amma bu post nominal olur. Tezliklə Rifat briqadalara komandanlıqdan kənarlaşdırılır, 1986-cı ildə isə Suriyadan qovulur. Rəsmi olaraq müddətsiz ezamiyyətə göndərilir. Onun qovulmasından sonra hakimiyyətdəki tərəfdarlarının təmizlənməsi başlayır. Rifat 1998-ci ilə qədər rəsmi olaraq vitse-prezident postunu tutur. Amma həmin il vəzifədən kənarlaşdırılır, bir il sonra isə tərəfdarları yeni repressiyalarla üzləşir. Suriyaya ancaq bir dəfə – 1992-ci ildə anasının dəfnində iştirak etmək üçün qayıtmağa icazə verilib. Hazırda Loindonda yaşadığı bildirilir.
Kamal Gürşad

3105