Gizli ocaqlar: tarixin Vatikan sirri – ARAŞDIRMA – II yazı
Mətləbi uzatmadan bir daha xatırladaq ki, Roma katolik kilsəsi xristian aləminin ağalığını çiyninə götürdükdən sonra ilk əvvəllər dar, ardından daha geniş miqyasda siyasi oyunlarda iştirak eləməyə başladı. Bu gün Vatikanın dünya siyasətində rolu və çəkisi o qədər böyükdür ki, papalar hətta xristian dininin digər məzhəbləriylə belə çilingağac oynamağa vaxt və imkan tapa, məsələn, pravoslavlığın geniş yayıldığı ölkələrdə xristian qardaşların qanının tökülməsinə göz yuma bilirlər. Ancaq bütün bunlar çox sonralar baş verəcək…
Pozulmuş Kilsə…
Bundan əvvəl bəşəriyyətin başı üzərindən orta əsrlərdə Roma Katolik kilsəsinin xeyir-duası ilə Avropanı cənginə almış İnkvizisiya yelləri əsmiş, kəndli üsyanlarının yatırılmasında papa ilə kralların işbirliyi olmuşdu. Çox maraqlıdır ki, Martin Lüterin təbirincə desək, «hökmdarların siyasətinin kəbinsiz hərəminə çevrilmiş Kilsə» bütün dövrlərdə, həm Orta əsrlərin qaranlığında, həm də İntibah dövrünün aydınlığında həmişə yalnız və yalnız öz mənafeyindən çıxış edib. Ümumiyyətlə, siyasi mərkəz kimi Vatikanın sonrakı əsrlərdə qüdrətinin əsasının xüsusilə XIII-XVI əsrlərdə qoyulduğu bir sıra tarixçilər tərəfindən təsdiq olunur. İtaliya salnaməçisi Stefano İnfessura özünün «Müasir Roma işlərinin gündəliyi» əsərində yazırdı: «Sentyabrın 20-si Romada böyük iğtişaşlar vardı. Bütün alverçilər dükanlarını bağlayır, bütün vətəndaşlar və əcnəbilər silahlanırdılar; çünki xəbər yayılmışdı ki, Papa III İnnokent vəfat edib».
Bəli, bu dövrdə papanın ölümü xəbərinin yayılması şəhərdə kütləvi iğtişaşlara rəvac verəcək qədər mühüm hadisə idi. Bu faktın özü papaların artıq həm də siyasi hakimiyyətdə və idarəetmədə nə qədər ciddi fiqur olduqlarına dəlalət edir.
Bu baxımdan, Vatikanın İntibah dövründəki fəaliyyəti xüsusilə diqqətə layiqdir. Həmin dövrdə Avropanın ayrı-ayrı ölkələrinin kiçik və böyük hökmdarları məişətdə eyş-işrətə və zahiri təmtərağa, siyasətdə isə hiyləgərliyə, riyakarlığa daha çox üstünlük verdiklərindən, eyni xüsusiyyətlər Kilsənin də məişətində, siyasətində müşahidə olunurdu.
İppolit Ten «İncəsənət fəlsəfəsi» adlı traktatında yazırdı ki, Romada keçirilən bayramlar, yürüşlər, maskaradlar xalq və hökmdar üçün əsl əyləncə idi. Bu tədbirlər Roma imperatorlarının dövründə keçirilən təntənələrdən heç də geri qalmırdı. Məsələn, 1471-ci ildə Milan hersoqu Sforsa Florensiyaya gələndə onu 500 cəngavər, 500 piyada, başdan-ayağa bahalı geyimdə olan 500 nökər, 2 min mülkədar və xüsusi qulluqçular müşayiət edirdi. Gəzinti hersoqa 200 min çervona başa gəlmişdi.
Yaxud Lorenso Mediçi Florensiyada Kamillin qələbəsini əks etdirən maskarad düzəldir, hətta bayramı rövnəqləndirmək üçün papadan fil xahiş edir. Ancaq fil başqa yerdə olduğundan iki çöl pişiyi və bir şir göndərən papa təəssüflə bildirir ki, “heyf, tutduğu mövqe ona bu gözəl bayramda iştirak etməsinə imkan vermir”.
Papa sözlərində həqiqətən səmimi idi və həvəslə belə bayramlarda iştirak edərdi. Çünki əslində, nə Lorenso Mediçini, nə də papanı xalqın mənəvi tərbiyəsi maraqlandırmırdı. Təsadüfi deyil ki, ürəyində xristian dininə böyük iman gəzdirən Martin Lüter Roma səfərindən sonra qəzəblə deyirdi: “İtaliyalılar ən simasız adamlardır. Onlar müqəddəs Kitabda yazılan bütün sözlərə inandığımız üçün bizə gülürlər. Bu adamlar daha çox müqəddəs Antoni və Sebestyana inanırlar. Bəli, onlar üçün nə Tanrı kəlamı, nə axirət, nə də əbədi həyat var”.
Dominikan keşişi Ciraloma Savonarola isə florensiyalılara ünvanlanmış moizələrinin birində bildirirdi: “Sizin həyatınız vəhşi heyvan həyatından heç nə ilə fərqlənmir. Bu həyata yataqdan, gəzintidən, işrətdən başqa heç nə daxil deyil”.
Papa və bic oğlu Borcia
Hər iki ruhani haqlı idi. Artıq bu pozğunluq və dərəbəylik Vatikanı da ağuşuna almışdı. O vaxtlar hamı bilirdi ki, Valentin hersoqu Sezar Borcia Papa VI Aleksandrın qanunsuz oğludur. Bu, o Sezar idi ki, Nikkola Makiavelli məhz onun simasında İtaliyanın xilaskarını və yeni hökmdarını görürdü. Hiyləgər siyasətçi və bacarıqlı diplomat olan Sezar lazımı vaxtda qılıncını da işə salmağı bacarırdı. Papa VI Aleksandrın kapellanı İohann Burkhard özünün məşhur “Papa VI Aleksandr və onun sarayı” əsərində Sezar Borcianın cinayətləri barədə nəfəsi təngimiş kimi yazırdı: “Bazar ertəsi Borqoda kimsə Valentino hersoqunu təhqir etmişdi. Sezar bundan xəbər tutan kimi həmin adamın başını və dilini kəsdirdi. 1499-cu ildə hersoqun əmriylə 2 qoca kişi və 8 qadın əllərindən asıldı, ayaqları altında tonqal qalandı. Ancaq onlar tələb olunan pulları harada gizlətdiklərini demədən öldülər. Bir dəfə iki nəfəri hersoq özü ən yaxşı paltarını geyinərək arbaletlə öldürdü. O, hətta kef məclisində iştirak eləməkdən boyun qaçırdığı üçün öz qardaşını belə qətlə yetirib, Tibrə atdırmışdı. Uzun axtarışlardan sonra cinayət vaxtı sahildə olan balıqçını tapırlar. Ondan soruşanda ki, niyə bu barədə heç kəsə xəbər verməyib, şahid deyir: “Həyatımın müxtəlif vaxtlarında, gecələr belə şeyləri çox görsəm də, heç vaxt, heç kəs narahat olmadığından, mən də heç kəsi narahat etməmişəm”.
İndinin özündə də siyasi debatlarda məcazi mənada tez-tez eşidilən “kardinal şapkası” ifadəsi, bilindiyi kimi yalançı və şəxsi məqsədə xidmət edən aldadıcı təkliflərin ümumiləşmiş simvolu kimi işlədilir. Həmin təcrübə də tarixin yaddaşında Papa VI Aleksandrdan və onun bic oğlu Sezar Borciadan qalıb. Xatırladaq ki, bu barədə ən populyar mənbə Dümanın “Monte Kristo” əsəridir.
Hadisə belə vaqeə edir ki, Sezar Borcia Romanye üzərinə yürüşündən sonra artıq bütün İtaliyanı ələ almaq üçün pula ehtiyacı olduğundan bu barədə atası Papa VI Aleksandrdan kömək istəyir. Elə Papa özü də fransız kralı XII Lüdovikdən canını birdəfəlik qurtarmaq fikrindəydi. Ancaq parçalanmış İtaliyada yeni qazanc mənbəyi əldə etmək xeyli çətin olduğundan xeyli düşündükdən sonra Papanın ağlına belə bir parlaq fikir gəlir: Vatikanda kardinalların sayını artırmaq. Beləliklə, Papa daha iki Kardinal rütbəsinin təyin olunduğunu bildirir. Bu vəzifəyə iki nəfər varlı Roma zadəganı seçilməliydi ki, onlardan Papa külli miqdarda rüşvət alacaqdı. Beləliklə, Papa və Sezar Borcia iki nəfərlə danışığa başlayırlar. Bunlar Covanni Raspilyozi və Çezare Spada idilər. Hər iki namizəd Papanın bu “mərhəmətini” yüksək ruhla qarşıladılar. Sezar Borcia da öz növbəsində namizədlərin əvvəlki yerlərinə göz dikmiş “müştərilərdən” xeyli pul aldı. Ancaq Papayla bic oğulun qazancı bunlarla qurtarmırdı. Həddən artıq varlı olan Raspilyozi və Spada kardinallıq aldıqdan sonra əmlaklarını nağd pula çevirib, Romaya köçməliydilər. Onların Romaya gətirəcəkləri pulları da ələ keçirmək Sezarla IV Aleksandrın planına daxil idi. Beləliklə, iki kardinal vəzifəsi üçtərəfli qazanc gətirəcəkdi: birincisi, zadəganlardan vəzifə üçün alınacaq rüşvət, ikincisi, onların yerinə göz dikənlərdən mükafat, üçüncüsü, gələcək kardinalların Romaya gətirəcəkləri böyük miqdarda var-dövlət... Ata-oğul ilk iki vəzifənin öhdəsindən “ləyaqətlə” gəlirlər. Sonuncu planın həyata keçirilməsi üçün Sezarla Papa hər iki kardinalı nahara dəvət edirlər. Onları necə öldürmək barədə ata-oğul arasında mübahisə düşür. Sezarın belə işlərdə həvəslə istifadə etdiyi “açar və əlcək” üsulundan narazı qalan Papa deyir: “Əlcəkdən, yaxud zəhərli iynədən bir neçə gün sonra ölmək mümkündürsə, mədə həzmetməməsindən doğan ölüm ani təsir edir”. Sezarın təklif etdiyi “açar” üsulu çox sadəydi. Onun açarının üstündə xırdaca iti uclu çıxıntı vardı: guya, ustanın diqqətsizliyidir. Gələn qonağa bu açarla müəyyən bir qapını açmaq xahiş olunurdu. Bu zaman zəhərli iynə barmağa batır və 2-3 gündən sonra həmi adam ölürdü. Əlcəkdə də belə bir iynə olduğundan öldürülməsi lazım olan adamın əlini “dostcasına” bərk-bərk sıxmaq kifayət edirdi. Papanın zəhərləmə üsulu isə klassik və dəqiq olduğundan Sezar onunla razılaşmağa məcbur olur. Beləliklə, hər iki kardinal zəhərlənərək öldürülür. Ancaq qonaqlıqda həm Papa VI Aleksandr, həm də Sezar səhvən zəhərli yeməkdən dadırlar. VI Aleksandr bundan ölsə də, hiyləgər Sezar təzə kəsilərək soyulmuş uzunqulağın dərisinə bürünməklə zəhəri canından çıxara bilir…
Qoca və müasir Vatikan…
Bilirəm, bu məşhur olayın belə detallı təsviri də Vatikanın intriqalarını, sui-qəsdlərini, «məqsəd vasitəni doğruldur» prinsipiylə uzun əsrlər boyu yürütdüyü siyasəti tam əks etdirməyə yetməz. Ancaq hər halda, etiraf eləyək ki, XV-XVI əsrlər üçün təsvir olunan üsullar böyük «nailiyyətdir». Təbii ki, əsrlər ötdükcə, Vatikan böyüyüb şaxələndikcə, papaların siyasi məqsədlərə yetişmək üçün tətbiq elədikləri üsullar da inkişaf elədi, şaxələndi. İndi zəhərlənmələrin yerini daha müasir metodlar tutub. Ancaq bütün hallarda Vatikan əzəli və əbədi xislətinə həmişə sadiqdir: bu dünyada İsaya ən böyük «xidmət», nəyin bahasına olursa-olsun, öz hakimiyyətini genişləndirməkdir. Bu prinsip Vatikan üçün bütün müqəddəs Kitablarda yazılanlardan daha üstündür. Ona görə də, gizli xidmətlərlə işbirliyi, günahsız insanların qanının tökülməsinə laqeyd münasibət, bəşəriyyətin lənətlədiyi ideologiyalarla, məsələn, faşizmlə əməkdaşlıq Vatikan üçün sadə, sınaqdan çıxmış təcrübələrdir. Bu gün Vatikan dünya siyasətinin ən qaranlıq məqamlarına nüfuz eləyən, müxtəlif qaynar bölgələrdə silah tutan tərəflərdən birini öz mənafeyi naminə gizli, yaxud aşkar şəkildə dəstəkləyən, XXI əsrin müasir texnoloji vasitələrindən yararlanaraq fəaliyyət göstərən dini-siyasi mərkəzdir.
Növbəti yazıda Vatikanın yeni tarixdə, yəni XX və artıq 11-ci ilini yaşadığımız XXI əsrdə hansı metod və üsullarla qüdrətini saxladığını biləcəyik.
[email protected]

1098