Belorus Avropanın maraqlarını İrana satır
BMT rəsmi Minskdən şübhələnməyə başlayıb. Qurum hesab edir ki, Belorus İslam Respublikasına ballistik raketlər və nüvə enerjisi əldə etmək üçün qadağan edilmiş avadanlıq satır. «Reuters»in məlumatına əsasən, diplomatlar bildirib ki, bu sahədə Rusiya istehsalı olan avadanlığın İrana çatdırılmasında Belorus vasitəçi sifətində iştirak edib.
«İranın «Yer-yer» tipli raket və nüvə proqramının yaranmasında, habelə ikili önəmi olan texnologiyanın İslam Respublikasına ötürülməsində Belorus əsas rolu oynayıb» - deyə, adının açıqlanmasının istəməyən BMT-də çalışan diplomat agentliyə söyləyib.
Onun sözlərinə görə, Tehran vacib material və avadanlığı Çin, Rusiya və Dubaydan ala bilməyəndə, Belorus İrandan ötrü çox önəmli bir ölkəyə çevrilib.
Qərbdən olan bir sıra diplomatlar Belorusun İrana ballistik raket proqramının yaranmasında istifadə olunan avadanlığı veriblər.
Bir həftə öncə Kolumbiyanın BMT-dəki təmsilçisi, sanksiya komitəsinin başçısı Nestor Osorio bildirib ki, onlar İranın tətbiq edilən məhdudiyyətdən yayınmağa cəhdini qeydə alıblar. Mütəxəssislərin qənaətincə, sanksiyalar İranın atom-nüvə proqramını gerçəkləşdirməsi prosesini zəiflətsə də, onu dayandıra bilməyib: «İran sanksiyalardan yayınmaq, onlardan yan ötmək üçün bütün vasitələrdən yararlanır. Bundan ötrü beynəlxalq nəzarət olmayan saxta şirkətlərdən, maliyyət hesabatlarından istifadə edir».
Belə bir nəticəyə gəlmək olar ki, BMT-nin sanksiyalarına İranla çox dost olan dövlətlər məhəl qoymur. Heç şübhəsiz onlardan biri də Belorusdakı hakimiyyətdir.
İki ay öncə İranın Belorusdakı ticarət müşaviri Əkbər Bakiri iki ölkə arasında əlaqələrin inkişafına həsr olunmuş toplantıda bildirib ki, Tehranla Minsk arasında ticarət dövriyyəsi yarım ildə uyğun dövrlə müqayisədə 37 faiz artıb. Son statistik məlumatlara əsasən, Belorusla ümumi ticarət 54 milyard 28 milyon dollar həcmində olub. Bunun 24,49 milyard dolları ixracatın, 29,70 milyard dolları isə idxalatın payına düşüb. Ə.Bakiri qeyd edib ki, Belorusla mühəndis-texniki sahədə davamlı əlaqələr müşahidə edilib. Onun sözlərinə görə, bu ölkə ilə İran arasında yüzə yaxın layihə gerçəkləşdirilir.
Xatırladaq ki, ABŞ ticarət münasibətini məhdudlaşdıran federal qanuna əsasən (International Emergency Economic Powers Act - IEEPA) 2006-cı ildən demokratik institutları dağıtdığı üçün Belorusa sanksiya tətbiq edib. Bundan başqa Avropa Birliyi də oxşar addım atıb. Bu qanun vasitəsi ilə Amerika prezidenti ölkəsinə təhlükəli dövlətlərlə ticarət əlaqələrini tənzimləyir.
Sanksiyaların daha da sərtləşəcəyini görünür, rəsmi Minskdə hiss etməyə başlayıb. «Belorusneft» dövlət şirkəti İranda neft hasilatını dayandırıb. Buna səbəb kimi İranın neft şirkəti ilə Belorusunku arasında fikir ayrılığı göstərilir. Məlumatda o da bildirilmişdi ki, «Belorusneft» hələ cari il iyunundan faktiki olaraq, işini dayandırıb. Bununla belə müqavilə rəsmi olaraq, pozulmayıb.
İranın «Petroleum Engineering and Development Co» şirkətinin direktoru Naci Saduni baş verənləri təsdiqləyərək, bildirib ki, Belorus şirkəti anlaşmanın şərtlərini yerinə yetirmirmiş. Müqaviləyə əsasən, bu müəssisə sutkada 3,5 min barreldən artıq neft hasil etməli imiş, Ancaq «Belorusneft»in göstəricisi indiyəcən 2,8 min barreli aşmayıb.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirmişdi ki, bunun üçün təmsil etdiyi qurumun hər cür əsası var. Belə ki, «Belorusneft» 2007-ci ildə İranın neft şirkəti ilə «Cofeir» neft yatağının işlənməsi üzrə 500 milyon dollarlıq sövdələşmə imzalamışdı. Onda ölkə Xarici İşlər Nazirliyinin mətbuat katibi Andrey Savinıx məsələyə münasibət bildirərək, demişdi: «Birtərəfli sanksiya məhsuldar olmadığından ikitərəfli münasibətlərə zərbə vuracaq».
Sanksiyaya əsasən, ABŞ bazarında «Belorusneft»in fəaliyyət göstərmək imkanı məhdudlaşdırılır, kredit üçün «idxal-ixracat» bankına şirkətin müraciət etməsi qadağan olunub, 12 ay ərzində ABŞ ərazisindəki kommersiya banklarından ancaq 10 milyon dollar həcmində kredit ala bilər, eləcə də şirkət Amerika hakimiyyəti ilə müqavilə icraçısı sifətində iştirak edə bilməz və s.
Ötən ilin payızında İranın informasiya vasitələri İslam Respublikasının 4 kompleks «S-300» raket-zenit qurğusu olduğu barədə xəbər yaymışdı.
Belarus rəsmiləri bu xəbəri təkzib etsə də, beynəlxalq ictimaiyyətdə xəbərlə bağlı şübhələr qalmaqdadır. Mütəxəssislər bildirmişdi ki, Belorus hərbi sahədə Yaxın Şərq dövlətləri ilə uzun illərdir əməkdaşlıq edir. Elə keçən ilin aprelində müdafiə sahəsində Suriya-Belorus birgə komissiyasının iclası ABŞ-da da rahatsızlıq yaratmışdı.
Bunun qarşısını almaq məqsədi ilə Amerika Konqresi «Belorusun silah tədarükünün qeydiyyatı haqda» xüsusi qanun qəbul edib.
Amerikalıların qənaətincə, Belorus raket, minaatan, tank əleyhinə silahları və minaları Fələstindəki radikal qruplaşmalara və İran və Suriya kimi ABŞ-ın «terrorçuluğun himayədarı» adlandırdığı dövlətlərə ötürür. Bundan başqa Vaşinqton ötən il rəsmi Minski Sudana «Mi-24» vertolyotları, artilleriya sistemi və zirehli texnika, Şimali Koreyaya tank, İrana isə hərbi təyyarələr və avia mühərriklər satmaqda suçlamışdı.
Hələ ötən ilin sonlarında İran hakimiyyətinin nəzarəti altında olan maliyyə, sığorta, sərmayə, faydalı qazıntıların hasilatı və sənayesi sahələri ilə əməkdaşlıq edən şirkətlərə ABŞ yasaq tətbiq etmişdi. ABŞ-ın Maliyyə Nazirliyi vətəndaşlarına İranın belə müəssisələri ilə sövdələşmələrdən imtina etməyə məsləhət görmüşdü. Onların sırasında Belorusda fəaliyyət göstərən «Onerbank» maliyyə qurumu da var idi. Amerikanın Maliyyə Nazirliyi əminliklə bildirmişdi ki, həmin maliyyə müəssisəsinə İranın bank qurumları nəzarət edir.
Bir müddət öncə ABŞ Belorusun «Belneftexim» konserninə sanksiya tətbiq edib.
Beləliklə, ehtimal etmək olar ki, Suriyadakı durum Belorusu İranla ehtiyatlı olmağa sövq edib. Bu səbəbdən də rəsmi Minsk Tehranla yolları yavaş-yavaş ayırmağa üstünlük verməyə başlayıb.
Nəzər almaq lazımdır ki, keçmiş SSRİ dövründə bu ölkədə nüvə raket başlıqları və atom bombası yerləşdirmişdi. Sovetlər çökdükdən sonra Belorusdan da həmin silahların Rusiyaya aparıldığı haqda məlumatlar yayıldı. Ancaq onların daşınmasına nəzarət olmamışdı. Bu baxımdan orada həmin silahlarla bağlı avadanlıq və ya texnologiyanın qaldığı ehtimalı az deyil. Bu təsdiqlənərsə, o zaman rəsmi Minskin beynəlxalq sanksiyalara tuş gələcəyi istisna edilmir. Çünki Belorus Avropa sayılır. Bu isə qitənin ortasında təhlükənin olması, yaxud Avropanın maraqlarını İrana Minskin satması deməkdir. Odur ki, Qərb ilk növbədə öz sərhədləri yaxınlığındakılardan qurtulmağa cəhd göstərir. Bu halda rəsmi Minsk müttəfiqi Tehrandan uzaqlaşa bilər.
Sədrəddin Soltan

433