Altı ayda 51 jurnalist qətlə yetirilib
Beynəlxalq Mətbuat İnstitutu (BMİ) bu ilin ilk 6 ayı ərzində söz azadlığının vəziyyəti haqqında hesabat yayıb. BMİ-nin Azərbaycan Milli Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hesabatda dünyada mətbuat azadlığının vəziyyəti cüzi şəkildə yaxşılaşsa da, ənənəvi problemlər hələ də qaldığı vurğulanıb.
Altı ay ərzində 51 jurnalist qətlə yetirilib. Ən çox jurnalist Latın Amerikasında (16 nəfər), Yaxın Şərqdə (21 nəfər) və İraqda (8 nəfər) öldürülüb. Hesabatda bu ilki vəziyyət ötən illə də müqayisə edilib. Qeyd edilir ki, 2010-cu ilin ilk altı ayında 54 jurnalist qətlə yetirilib, il ərzində isə belə xoşagəlməz fakt 102 dəfə qeydə alınıb. 2010-cu ildə jurnalistika üçün ən təhlükəli ölkə 4 jurnalistin vəzifə borcunu yerinə yetirərkən qətlə yetirildiyi Pakistan olub.
Yaxın Şərqdə və Şimali Afrikada şərti olaraq “inqilab baharı” adlandırılan hadisələr zamanı kütləvi informasiya vasitələrinin vəziyyəti xüsusi maraq doğurub. Bu regionda KİV-rə qarşı xüsusi repressiv siyasət aparılıb. Hökumət nümayəndələri, “Facebook” və “Tvitter” kimi müxtəlif sosial şəbəkələrin işlərinə əngəl yaradıb. Belə məhdudiyyətlərin ən çox nəzərə çarpanı Suriyada xəbərlər proqramı zamanı işıqların söndürülməsi olub. Bu regionda fəaliyyət göstərən jurnalistlər milli təhlükəsizliyin qorunması və digər ittihamlarla hücum və təzyiqlərə məruz qalıb, həbs ediliblər.
Bundan başqa, Ekvatorial Qvineya ölkəsində dövlət radiosu Liviya hadisələri barədə məlumat yaydığına görə senzorlar tərəfindən təzyiqə məruz qalıb və yayımı dayandırılıb. Qambiyadan olan jurnalistin BMİ–nin Vyana ofisinə göndərdiyi məlumata əsasən, “Turanga FM” radiosu sadəcə beynəlxalq xəbərləri yerli dildə yayımladığına görə efirdən kənarlaşdırılıb. Sudandakı hadisələr zamanı zorakılıqları işıqlandıran qəzetlərin nümunələri yığışdırılıb. Çin Xalq Respublikasında media mənsubları təqiblərə və senzuraya məruz qalıb, həbs olunublar.
Azərbaycanlı jurnalist Eynulla Fətullayevin may ayında həbsdən azad edilməsinə da toxunulan hesabatda Rusiyadan Balkanlara qədər jurnalistləri qətlə yetirən, zorakılıq törədən cinayətkarların cəzasız qaldığı qeyd olunub. Hesabatda Türkiyə və Belarus hakimiyyəti də ciddi tənqid olunub.
BMİ-nin icraçı direktoru xanım Alison Bethel dünyada jurnalistlərə qarşı törədilən qətl və zorakılıq faktlarından çox narahat olduğunu və media azadlığının gələcəyindən də nigaran olduğunu vurğulayıb: “Faktlara əsaslanaraq demək olar ki, 2011 – ci il mətbuat azadlığı üçün çox da yaxşı il olmayacaq”.

546