Güney Azərbaycanda “bəxti açılmayan” dəmiryol layihələri
Bunlardan birincisi İran rejiminə düşmən sayılan dövlətlərə güc nümayişidirsə, ikincisi hakimiyyətin Güney Azərbaycana ögey münasibət göstərdiyinə etiraz edənləri sakitləşdirmək üçündür.
Bir neçə gün öncə Təbrizdə Şərqi Azərbaycan sənaye, ticarət və mədən palatasının təşəbbüsü ilə “Sərmayə imkanları” mövzusunda 4 günlük 3-cü beynəlxalq toplantı keçirilib. Yığıncaqda İran ticarət palatası, iqtisadi şurası təmsilçiləri yanaşı, əyalət icra başçısı Əhməd Əlirza Beygi də iştirak edib. Tədbirdə energetika, dağ-mədən sənayesi, kənd təsərrüfatı, sağlamlıq, şəhərsalma, nəqliyyat, turizm, azad ticarət sahəsi ilə bağlı layihələr dəyərləndirilib.
Bunun bir kampaniya olduğu heç kəsdə şübhə doğurmur. Həmin yığıncağın nəticəsi kimi bəlli oldu ki, Təbrizdə “analoqu” olmayan məscid tikiləcək. Halbuki şəhərdə ibadət etmək üçün yetərincə məscid mövcuddur. Bir neçə il öncə hakimiyyət tarixi Ərk qalasını sökərək, yerində ibadət yeri tikmək istədiyini bildirmişdi. Onda yerli sakinlərin etirazı nəticəsində rejimin bu fitnəsinin qarşısı az da olsa alındı.
Əvəzində hakimiyyət qalanın ətrafını sökərək, namaz qılınması üçün yer düzəltdi. Bu da tarixi abidənin uçma təhlükəsini artırmaqdadır.
Təbrizdə “Seyid Həmzə məscidi”, “Göy məscid”i isə söküb yerində ticarət mərkəzi tikdilər. Halbuki bu tarixi məscidlər tarixi abidə kimi şəhərə gələn turistlərin ziyarət edəcəkləri yerlərdən biri ola bilərdi.
Məscid tikintisinə milyonlarla xərcləmək istəyən hakimiyyət Təbriz-Miyana dəmiryol tikintisini başa çatdırmaq üçün maliyyə vəsaitinin olmadığın bəyan edir.
Hələ bir neçə il öncə Şərqi İran tikinti və nəqliyyat infrastrukturunun inkişafı üzrə şirkətinin Azərbaycan əyalətindəki o vaxtkı təmsilçisi Həmid Əli Məhəmmədzadə demişdi ki, Təbriz-Miyana dəmiryolunun tikintisi xarici sərmayəçilərin iştirakı ilə başa çatdırılacaq.
Onun sözlərinə görə, ölkənin Ali İqtisadi Şurası bu layihənin gerçəkləşdirilməsi üçün xarici sərmayənin yatırımda iştirakını təmin etmək məqsədi ilə 740 milyon dollara yaxın vəsait ayırıb. Əcnəbi şirkətlərin bu layihədə iştirakı üçün yaxın gələcəkdə tender elan ediləcək.
Üç il öncə Təbriz-Miyana dəmiryol tikintisində inşaat işlərinin gedişatı barədə Şərqi Azərbaycan əyaləti icra hakimiyyətinin tikinti işləri üzrə müavini Məhəmməd Əşrəfniya İRNA-ya bildirmişdi ki, iki xətli Təbriz-Miyanan dəmiryol xətti tikintisinin başa çatması üçün 430 milyon dollara yaxın maliyyə vəsaiti lazımdır. Bu vəsaitin veriləcəyi təqdirdə üç ildən sonra qeyd etdiyimiz istiqamətdə dəmiryolu xətti istismara verilə bilər.
Əşrəfniyanın sözlərinə görə, Miyana –Təbriz dəmiryolunun uzunluğu 183 kilometrdir. Bu tikinti başa çatdığı halda Tehrandan Təbrizədək olan yol 114 kilometr qısalar, həmin yol isə 5,5 saat qət olunar. Əyalətin icra hakimiyyəti iki öncə İslam Respublikası hökumətinə Miyana-Tehran dəmiryol xəttinin çəkilməsi üçün də təkliflər paketi də təqdim edib. Bu təklifdən hələ də bir xəbər yoxdur.
Yerli mütəxəssislər hesab edir ki, bu layihənin gerçəkləşdirməsi Şərqi Azərbaycan üçün həm də strateji mahiyyət daşıyır. Çünki həmin yol vasitəsi ilə əyalətin iki əsas mərkəzi , Təbrizlə Miyana arasında əlaqə yarana bilər.
Rəsmilər yen vəd verərək, bildirir ki, yaxın perspektivdə Güney Azərbaycanın bu şəhərində ölkənin iri miqyaslı iqtisadi layihələrindən bir həyata keçiriləcək. Bu şəhərdə qara və əlvan metallurgiya, avtomobil sənayesi, kənd təsərrüfatı maşınqayırma zavodlarının və s. sənaye müəssisələrinin tikiləcəyi planlaşdırılıb.
Xatırladaq ki, Miyana-Bostanova-Təbriz dəmiryol xəttinin tikintisinə 2001-ci ildə başlanılıb. Amma maliyyə çatışmazlığı ucbatından işlər ləng gedib. Hazırda bütün işlərin 45 faizi görülüb. Mütəxəssislərin hesablamasına görə, bu layihəyə ildə 90 milyon dollara yaxın sərmayə qoyulmalıdır. Son iki ildə isə bu məbləğdən də az maliyyə vəsaiti ayrılıb.
Onu da yada salmaq istərdik ki, İran prezidenti Mahmud Əhmədinejadatın bu əyalətlərdə keçirdiyi hökumətin səyyar toplantıları zamanı bölgənin iqtisadi və s. inkişafına diqqəti artıracağını boyun olmuşdu. 2006-cı ilin məlum may etiraz aksiyalarından sonra əlüstü Təbrizə səfər etmiş Əhmədinejad haqqında bəhs etdiyimiz tikintinin də adını çəkmişdi. İranda baş verənlərdən göründüyü kimi Azərbaycan əyalətləri İslam Respublikası rəhbərliyinin yadına işləri çətinə düşəndə, bir də seçkilər ərəfəsində yada düşür.
Təkcə, Təbriz-Miyana dəmiryolu xətti deyil, Miyana-Ərdəbil dəmiryolunun tikintisi də düyünə düşüb. Ərdəbildən olan deputat Kazım Musəvi “İRNA”ya müsahibəsində bildirib ki, bu yolun tikintisinin 48 faizi yerinə yetirilib. O, bu inşaat sahəsinin də xarici sərmayənin cəlb edilməsinin vacibliyini vurğulayıb.
Ərdəbillilərə boyun olublar ki, sərmayə cəlb ediləcəyi halda 2013-cü ildə bu yol işləyəcək. Bu tikintinin başa çatdırılması üçün 300 milyon dollar tələb olunur.
K.Musəvinin sözlərinə əsasən, Miyana-Ərdəbil dəmiryol xəttinin Qafqaz dəmiryoluna birləşdirilməsi planlaşdırılıb. Bu məqsədlə Ərdəbildən həmin xətt Muğana (Parsabada) qədər uzanacaq.
Bunlarla yanaş, Qəzvin-Rəşt-Ənzəli dəmiryolu xətti 5 ildən artıqdır yarımçıq saxlanılıb.
Təbriz-Zəncan dəmiryol xətti də bir neçə ildir ki, maliyyə vəsaiti gözləyir.
İran İslam Respublikası rəhbərliyinin Güney Azərbaycana ögey münasibətinə dair bu sayaq çox saylı örnəklər göstərmək olar. Ancaq hakimiyyət əməli işlərdənsə, daha çox vədlər verməklə özünü iş görmüş sayır.
Güney Azərbaycan şəhərlərindəki dəmiryol inşasına maliyyə vəsaiti tapmaqda çətinlik çəkdiyini bəyan edən Tehran hakimiyyəti fars dilli sayılan böləgələrdəki eyni layihələrin gerçəkləşməsindən ötrü pulu asanlıqla tapır.
Təbriz-Miyana dəmiryolu tikintisindən bir müddət sonra inşasına başlanılmış Tehran –Məşhəd dəmiryol xəttinin elektrikləşməsi artıq başa çatmaq üzrədir. Bu yolda işin davam etməsi üçün 800 milyon avro əlavə maliyyə vəsaiti tapıldı.
Asaluye-Buşəhr-Şiraz dəmiryol xəttinin tikintisi tam gücü ilə davam etməkdədir. Bu yolunu tikintisinə 700 milyon dollar maliyyə vəsaitinin xərclənəcəyi planlaşdırılır. “İSNA”nın məlumatına əsasən, bunun üçün maliyyə vəsaitinin bir hissəsini ölkənin neft nazirliyi ödəyəcək.
“İRİBnyus”un xəbərinə görə, Fars əyalətinin icra başçısı Əhmədzadə yaxın günlərdə Şiraz - Bəndər-Abbas dəmiryolunun tikintisinə başlanılacaq. 12 milyard dollarlıq bu layihənin 3 ilə başa çatacağı nəzərdə tutulub.
Dövlətin cari büdcəsində də Güney Azərbaycan şəhərlərinə çəkilən yolların maliyyələşməsinə dair bənd yoxdur. Xuzistan əyalətinin icra başçısı Hacızadə bildirib ki, bu il büdcədən üç dəmiryol xətti layihəsinin tikintisinə maliyyə vəsaiti ayrılıb. “İRİBnyus”un məlumatına əsasən, o, deyib ki, bura Tehran-Xürrəmşəhr, İmam Xomeyni –Xuzistan, eləcə də bu limanı Fars və İsfahan əyalətləri ilə birləşdirəcək xətt aiddir.
İran hakimiyyəti Güney Azərbaycanda yarımçıq qalmış dəmiryolu tikintisinə maliyyə vəsaiti tapa bilmədiyini, bu inşaat işlərinin xarici sərmayələrin ümidinə qaldığını bəyan etdiyi bir halda, ötən il Tacikistanla dəmiryol xəttini qısa bir zamanda birləşdirməyi nəzər tutan müqavilə də imzalayıb.
Tehran hakimiyyəti dünyaya car çəkib atomə sahəsində fəxrlə bəyanatlar verib, beynəlxalq ictimaiyyəti narahat etdiyi, bu oyunda tətbiq olunan sanksiyaların “ölkə iqtisadiyyatına təsirsiz ötüşdüyünü” bildirdiyi bir halda Güney Azərbaycandakı sözügedən layihələr 10 ilə yaxındır maliyyə vəsaitinin çatışmazlığı ucbatından başa çatmır.
Yerli müşahidəçilərin fikrincə, Tehran hakimiyyəti Azərbaycana belə münasibəti ilə onun bu gününü və sabahını, iqtisadiyyatını, ekologiyasını məhv etməyə çalışır. Onların fikrincə, paniranistlər və panfarsçılar İranın tərkibindən Azərbaycanın çıxması ehtimalının gec-tez gerçəkləşəcəyinin başa düşdüklərindən bu ərazini “xarabazara qoymaq istəyirlər”.
Güney Azərbaycan ərazilərində radioaktiv maddələri tullantıları üçün quyular qazmaqdan ötrü vəsait və tikinti materialı tapan Tehran hakimiyyəti Azərbaycanın bir sıra əyalətlərindəki inşaat işlərinin davam etdirmir.
Sədrəddin Soltan

681