Tehran bölgənin jandarmı rolunda - ŞƏRH
Almaniya, ABŞ, Britaniya, Rusiya, Fransa və Çin rəsmilərinin birgə bəyanatında İran İslam Respublikasını ehtimal edilən hərbi məqsədli nüvə proqramı ilə bağlı danışıqlara başlamağın vacib olduğu vurğulanıb.
“Radio Svoboda”-nın məlumatına görə, sənəd Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Vyanada keçirilmiş ötən həftəki sonuncu toplantısında qəbul edilib. Bu toplantının başlaması ərəfəsində Tehran uranın zənginləşdirilməsini 3 dəfə artıraraq, 20 faizə çatdırmaq istədiklərini bəyan etmişdi.
Bu bəyanat və yığıncaqdan sonra ABŞ hakimiyyəti İranın güc qurumlarına İnqilab Keşikçiləri Qvardiyası, onun əsas kadr bazası və dayağı sayılan yarımhərbi quruma - bəsicə, habelə ölkə polis qüvvələrinə və onun komandanı İsmayıl Əhmədi-Müqəddəmə qarşı sanksiya tətbiq edib.
ABŞ Maliyyə Nazirliyinin məsələ ilə bağlı yaydığı bildirişdə qeyd olunub ki, yasaqlara məruz qalan şəxs və qurumların ştatlardakı əmlakı dondurulacaq, ölkə vətəndaşlarının onlarla istənilən şəkildə sövdələşməsi qadağan ediləcək.
Dövlət katibi Hillari Klinton yuxarda sadaladığımız qurum və şəxsə qarşı yasağın tətbiq edildiyini vurğulayaraq, İran rejimində “siyasi ikiüzlülüyə və riyakarlığa son qoymasını, öz vətəndaşlarının hüquqlarını sistemli şəkildə pozmağı dayandırmasını” tələb etdiklərini söyləyib.
Sanksiyalara məhəl qoymayan İran rəhbərliyi onlarla bağlı məsələyə cavab verməkdənsə, məqsəddən yayınır. Son zamanlar Tehran hakimiyyəti insan haqlarını pozmaqda daha çox ittiham olunur. Elə Ağ ev və Avropa Birliyi bununla bağlı İslam Respublikasının şirkət və rəsmilərinə qarşı bir neçə sanksiya qəbul edib.
Yeri gəlmişkən, ABŞ ilk dəfə 2010-cu il sentyabrın sonunda insan haqlarının tapdanmasında birbaşa rolu olan İranın 8 yüksək rütbəli vəzifəlisinə sanksiya tətbiq etmişdi.
Ötən gün Tehranda nüvə tərksilahına dair ikinci konfrans keçirilib. Həmin toplantıya ABŞ da daxil olmaqla 40 ölkənin təmsilçisi qatılıb. İranın xarici işlər naziri Ələkbər Salehi yığıncaqda çıxışı zamanı deyib ki, onlar İsrailin də nüvə silahının yayılmaması haqda müqaviləyə qoşulması üçün beynəlxalq ictimaiyyətdən Təl-Əvivə təzyiqlər edilməsini istəyir.
Onun sözlərinə görə, yəhudi dövlətinin nüvə silahı ehtiyatı Yaxıq Şərq bölgəsində təhlükəsizliyi və sabitliyi təhdid edir: “Sionist rejim Yaxın Şərqdə terror və zorakılığın başlıca mənbəyi olaraq qalmaqdadır”.
Onu da qeyd edək ki, İsrail rəsmiləri 200 nüvə başlığına malik olduqlarını nə təkzib, nə də təsdiq edir.
Ə.Salehi isə 2012-ci il aprelin 29-dək dünyanı kimyəvi silah ehtiyatının hamısını məhv etməyə çağırıb.
Salehinin rəsmi saytında uranın 20 faizədək zənginləşdirilməsinə dair informasiya təkzib edilib. Halbuki bu haqda İran Atom Enerji Təşkilatının başçısı Firudin Abbsi-Divani bəyanat vermişdi.
İran hakimiyyətinin bu sayaq çıxış və davranışını “yayınma manevri” kimi də dəyərləndirirlər.
Ölkənin müdafiə naziri Əhməd Vahidi İranın informasiya vasitələrinə müsahibəsində yenə beynəlxalq ictimaiyyəti hədələyib. Onun sözlərinə görə, düşmənlərinin İslam Respublikasını hədələməyə cürəti çatmaz.
Nazir deyib ki, onlar hava hücumundan müdafiə də çox güclüdürlər və ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri İran səmasını qorumağa qadirdir.
“MIGnews”-un məlumatına əsasən, BMT Təhlükəsizlik Şurası hazırladığı gizli hesabatda İranın beynəlxalq təzyiqlərdən yayınmasının yollarını göstərib.
Maliyyə sanksiyalarından yayınmaq məqsədi ilə Tehran xarici bankları və valyutadəyişmə məntəqələrini ələ keçirməyə çalışır. Belə xarici müəssisələrin sayəsində İslam Respublikası pulları Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və s. bu sayaq dövlətlərə məxsus banklarla İrana və başqa dövlətlərə köçürə bilir. Təkcə 2009-cu ildə Tehran hakimiyyəti 10 xarici bankı bu niyyətlə almağa səy göstərib. Eyni zamanda Latın Amerikasındakı Tehrana dost dövlətlərdə də İslam Respublikası bu sayaq maliyyə qurumları təsis edir.
BMT-nin Təhlükəsizlik Şurasının 1737 saylı qətnamənin icrasına nəzarət edən mütəxəssislər qrupunun mandatının uzadılması haqda uyğun qətnamə qəbul edib. “1737-nin komitəsi” adlanan bu qrup sanksiya şərtlərinin pozulması ilə bağlı faktları toplayacaq.
2010-cu ilin iyununda qəbul edilmiş 4-cü qətnamədə aşağıdakı yasaqlar öz əksini tapıb: İranın yük gəmiləri liman və açıq dənizdə yeni qaydada yoxlanılmalıdır; bu zaman həmin gəminin nüvə silahına aidiyyatı olan sursat daşımasından şübhələnilərsə, saxlanılıb araşdırılmalıdır; İrana tank, zirehli döyüş maşınları, döyüş təyyarələri, hərbi gəmilər və başqa ağır silah satılması yasaqdır; nüvə silahının yayılmasında istənilən şəkildə əli olan İran bankları filialların, törəmə şirkətlərin açılması qadağandır; nüvə silahının yayılmasında əli olan istənilən anlaşma üzərində nəzarət gücləndirilsin; xarici banklarda hesabı dondurulacaq İran İslam İnqilab Keşikçiləri Qvardiyası üzvlərinin siyahısını genişləndirmək.
Göründüyü kimi, beynəlxalq ictimaiyyət artıq Tehran hakimiyyətinə qarşı yeni sanksiyaların qəbuluna ehtiyac duymur. Çünki 4-cü qətnamə az qala bütün sahələri əhatə edib. Əsas məsələ isə Bu sənəddən doğan tələblərin icrasıdır. İran rəhbərliyi isə həmin şərtlərə əməl etmək əvəzinə sağa-sola vurnuxur. Ərəb dövlətlərində baş verənlər başqa bir məsələnin də üstünü açdı. Məlum oldu ki, bu ölkəni idarə edənlər yalnız öz vətəndaşlarının deyil, qonşu dövlətlərdə də diktatura rejimlərinə qarşı çıxışanların etiraz aksiyalarının zor tətbiqi ilə yatırılmasında iştirak edirlər. Bunun ən aşkar örnəyi Suriyadakı olaylardır. Belə olan halda, Tehran hakimiyyəti bölgədə jandarm rolunda çıxış etməklə, beynəlxalq hüquqa görə, beynəlxalq səviyyədə cinayət törədir. Dünya isə İran rəhbərliyi ilə hələ danışıq aparmaq niyyətindədir. Ancaq bu limitin də bitəcəyi gün var...
Sədrəddin Soltan

489