Avropanın 3 ölkəsində “İKEA”nın mağazaları partladılıb
31 may 2011 17:44 (UTC +04:00)

Avropanın 3 ölkəsində “İKEA”nın mağazaları partladılıb

Lent.az-ın “Het Nieuwsblat” qəzetinə istinadən verdiyi məlumata görə, polis araşdırmaya başlayıb.

Partlayıcı qurğuların hamısının gücü az olub. İlk partlayış bu həftənin bazar ertəsi Belçikanın Gente şəhərindəki mağazada olub. Saat mexanizmi ilə işləyən iki partlayıcı qurğu süd qutularında gizlədilib. Partlayışdan sonra mağazanın əməkdaşları və müştərilər təcili evakuasiya ediliblər. Baş verən olay zamanı 1 satıcı və 1 mühafizəçi yüngül zədə alıblar. Axtarışlar nəticə verməyib, mağaza bu gün yenidən adi rejimdə işləməyə başlayıb.

Bu gün oxşar partlayış “İKEA İnternational Group” şirkətinin Hollandiyanın Eyndhoven və Fransanın Lill şəhərindəki mağazalarında da baş verib. Hollandiyada bomba mağazanın yaxınlığındakı zibil qabına atılıb. Partlayış zamanı xəsarət alan olmayıb. Partlayışlardan sonra hər 3 ölkənin prokurorları və yerli polis birgə təhqiqata başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23